BDU-nun Astrofizika kafedrası: Bu gün geomaqnit qasırğası gözlənilir

06/11/2023

Ötən üç sutka ərzində Günəş aktivliyi yüksək səviyyədə olub, bir neçə M sinif impulsiv alışma baş verib.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, Günəş küləyi parametrlərinin güclənməsi müşahidə olunub. 2-3 noyabr tarixlərində baş vermiş tac kütlə atılmaları (TKA) nəticəsində planetlərarası maqnit sahəsi normadan 2-3 dəfə yüksək olub. Günəş küləyinin sürəti 517 km/saata kimi artıb, sonradan 460-480 km/saata qədər azalıb.

Noyabrın 6-da TKA-nın təsirinin davam etməsi səbəbindən G1 (mülayim) səviyyəli geomaqnit qasırğası müşahidə edilə bilər. Yuxarı en dairələrində isə G2 və G3 səviyyəli maqnit qasırğaları proqnozlaşdırılır. Sonrakı iki gün ərzində də aktivliyin davam edəcəyi ehtimal olunur.
21-25 noyabr tarixləri üçün də G1 (mülayim) səviyyəli geomaqnit qasırğası proqnozlaşdırılır.

Maqnit qasırğasının loqarifmik indeksini xarakterizə edən Kp əmsalının orta qiyməti 6-12 noyabr tarixlərində 2-5 intervalında dəyişəcək.

Xəbərlər

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi
20/09/2026

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür
20/09/2026

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva
19/09/2026