BDU-nun Astrofizika kafedrası: Noyabrın 8-də 2022-ci ilin ikinci Ay tutulması baş verəcək

17/10/2022

Noyabrın 8-də 2022-ci ilin ikinci Ay tutulması hadisəsi baş verəcək. Bu, tam Ay tutulması olacaq.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasının məlumatına görə, bu, tam Ay tutulması olacaq.

Saat 12:02-də yarımkölgəli,  13:09-da qismən, saat 14:16-da isə tam tutulma başlayacaq.  

Tutulmanın maksimumu saat 14:59-da olacaq. Saat 15:41-də tam tutulma, saat 17:56-da isə qismən tutulma başa çatacaq.  

2022-ci ilin ikinci tam Ay tutulmasını Asiyadan, Avstraliyadan, Şimali Amerikadan, Şimali və Şərqi Avropanın bir hissəsindən və Cənubi Amerikanın çox hissəsindən müşahidə etmək mümkün olacaq.

Tutulma zamanı Ay üfüqdən aşağıda olduğuna görə tutulmanın əsas mərhələsi Bakıda görünməyəcək, yalnız son 25 dəqiqə (17:31-17:56) müddətində şərq tərəfdə üfüqdə yarımkölgəli tutulmanı izləmək mümkün olar. Yarımkölgəli Ay tutulmasını görmək çətin olur, çünki kölgəli hissə Ayın qalan hissəsindən azacıq zəifdir.

 

Xəbərlər

Qazaxıstanın Abay Qazax Milli Pedaqoji Universitetinin magistrantları BDU-da elmi təcrübə keçiblər

Qazaxıstanın Abay Qazax Milli Pedaqoji Universitetinin magistrantları BDU-da elmi təcrübə keçiblər
15/12/2025

BDU-nun Astrofizika kafedrası: “Qış fəsli Azərbaycana dekabrın 21-i saat 19:03:01-də daxil olacaq”

BDU-nun Astrofizika kafedrası: “Qış fəsli Azərbaycana dekabrın 21-i saat 19:03:01-də daxil olacaq”
15/12/2025

BDU və Çinin Anhui Universiteti arasında ikili diplom proqramı üzrə müqavilə imzalanıb

BDU və Çinin Anhui Universiteti arasında ikili diplom proqramı üzrə müqavilə imzalanıb
15/12/2025