BDU-nun Astrofizika kafedrası: Oktyabrın 25-də ikinci Günəş tutulması baş verəcək
10/10/2022
2022-ci il oktyabrın 25-də ikinci Günəş tutulması baş verəcək. BDU-nun Astrofizika kafedrasından verilən xəbərə görə, tutulma qismən Günəş tutulmasıdır. Tutulma hadisəsi 12:58:21-də başlayacaq və 17:02:11-də sona çatacaq. Tutulmanın maksimumu 15:00:16-da olacaq. Tutulma hadisəsi 4 saat 3 dəqiqə 50 saniyə davam edəcək. Bu tutulma hadisəsi Avropanın əksər hissəsində, Afrikanın şimalında, Yaxın Şərqdə və Asiyanın qərbində müşahidə olunacaq.
Tutulma hadisəsi Azərbaycanda da müşahidə ediləcək. Bakıda tutulma hadisəsi 13:59:38-də başlayacaq və 16:30:05-də sona çatacaq. Tutulmanın maksimumu 15:17:43-də olacaq.
Xəbərlər
E.S.Babayevin Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
E.S.Babayevin Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
M.M.Abbaszadənin Bakı Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
M.M.Abbaszadənin Bakı Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
BDU-nun dosenti Nərman Süleymanov vəfat edib
BDU-nun dosenti Nərman Süleymanov vəfat edib
