BDU-nun basketbol komandası I Tələbə Basketbol Liqasına vəsiqə qazanıb

30/11/2022

Elm və Təhsil Nazirliyinin və Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə ali təhsil müəssisələri arasında I Tələbə Basketbol Liqasının seçmə mərhələsi keçirilib.

Seçmə mərhələnin qrup mərhələsində Bakı Dövlət Universitetinin (BDU) basketbol komandası ilə yanaşı, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Dövlət Sərhəd Xidmətinin Akademiyası və Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələrdən ibarət komandaları iştirak ediblər.

Qrup mərhələsini birinci yerlə tamamlayan BDU-nun basketbol komandası Liqaya birbaşa vəsiqə qazanıb.

Qeyd edək ki, I Tələbə Basketbol Liqası dekabr ayından start götürəcək.

Xəbərlər

BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin məlumatı

BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin məlumatı
21/11/2026

BDU əməkdaşları üçün “Konfliktlərin idarə edilməsi” mövzusunda təlim

BDU əməkdaşları üçün “Konfliktlərin idarə edilməsi” mövzusunda təlim
20/11/2026

BDU-da tədbir: “Heydər Əliyev fenomeni və Azərbaycan dövlətçiliyinin tarixi inkişaf modeli”

BDU-da tədbir: “Heydər Əliyev fenomeni və Azərbaycan dövlətçiliyinin tarixi inkişaf modeli”
20/11/2026