BDU-nun beş məzunu Almaniyanın DAAD təqaüdünü qazanıb

29/07/2020

İyulun 28-də Alman Akademik Mübadilə Xidməti (DAAD) tərəfindən azərbaycanlı magistr və doktorantlara 2020-ci il üçün ayrılmış təqaüdlər təqdim edilib. Bu il DAAD fərdi proqramları çərçivəsində Azərbaycanda istedadlı tələbə və tədqiqatçılara 23 magistr və 9 tədqiqat təqaüdü verilib ki, onlardan 5 təqaüdçü Bakı Dövlət Universitetinin (BDU) məzunlarıdır.

Adobe Connect platforması üzərindən onlayn qaydada təşkil olunan mükafatlandırma mərasimində Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniq və bir sıra ali təhsil müəssisələrinin rəhbər şəxsləri və nümayəndələri iştirak edib.

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev çıxış edərək elm və təhsil sahələrində Azərbaycan-Almaniya münasibətlərinin hazırki yüksək səviyyəsinə görə Alman Akademik Mübadilə Xidmətinin xüsusi rolunu vurğulayıb. Qeyd edib ki, bu əməkdaşlıq elmi mübadilə və həmçinin birgə elmi layihələrin həyata keçirilməsinə münbit şərait yaradır. Rektor dost ölkədə təhsil alacaq və tədqiqat aparacaq təqaüdçülərə uğurlar arzulayıb.

DAAD tərəfindən BDU məzunları - Fatimə Dəmirli, Günay Osmanova, Murad Talıbov magistr təhsili təqaüdü, Səbinə Fərzəliyeva və Elmir Xəlilov doktorantura təhsili təqaüdü alıblar.

Xəbərlər

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib
09/10/2026

BDU-da tələbələrin universitet mühitinə uyğunlaşmasına dəstək

BDU-da tələbələrin universitet mühitinə uyğunlaşmasına dəstək
09/10/2026