BDU-nun Biologiya fakültəsinə 6 ixtisas üzrə tələbə qəbulu aparılır

10/08/2023

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsi ölkədə biologiya ixtisasları üzrə liderlik edən elm-təhsil mərkəzidir. Fakültədə 6 kafedra və 13 tədris laboratoriyası fəaliyyət göstərir. Laboratoriyalar müasir avadanlıqlarla təchiz olunub. Bakalavr pilləsində tələbələr II kursdan etibarən kafedralarda aparılan elmi-tədqiqat işlərinə cəlb olunurlar.  Fakültənin tələbə və magistrantları BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin nəzdində fəaliyyət göstrən laboratoriyalarda (Biomühəndislik, Mikrobiologiya və virusologiya elmi-tədqiqat laboratoriyaları) tədqiqat aparmaq imkanına malikdirlər.

Fakültədə Botanika və bitki fiziologiyası, Biofizika və biokimya, Molekulyar biologiya və biotexnologiyalar, Zoologiya və fiziologiya, Genetika və Biotibbi materiallar kafedraları fəaliyyət göstərir. Müxtəlif elmi istiqamətlər üzrə tədris laboratoriyalarında tələbələrin iştirakı ilə tədqiqatlar aparılır.

Bakalavriat səviyyəsində 6 ixtisas üzrə - Biologiya, Biologiya müəllimliyi, Su bioehtiyatları və akvakultura, Biotexnologiya, Bitki mühafizəsi və Qida mühəndisliyi ixtisasları üzrə mütəxəssis hazırlığı həyata keçirilir.

Biologiya ixtisası üzrə məzunlar fundamental bilik və bacarıqlar qazanmaqla biologiya profilli elmi-tədqiqat institutlarında, sənaye müəssisələrinin (qida, əczaçılıq və s.) laboratoriyalarında, suyun keyfiyyətinə nəzarəti təmin edən laboratoriyalarda, tibb müəssisələri nəzdində fəaliyyət göstərən elmi-tədqiqat laboratoriyalarında çalışa bilərlər.

Biologiya müəllimliyi ixtisası üzrə məzunlar ümumi orta təhsil müəssisələrində (məktəblər, liseylər, gimnaziyalar) Biologiya fənni üzrə yüksək peşəkarlıqla tədris apara bilərlər.

Su bioehtiyatları və akvakultura ixtisasını bitirən məzunlar sahə üzrə tələb olunan bilik və bacarıqlara yiyələnərək, balıq, digər şirin su və dəniz məhsullarının artırılması, mühafizəsi, istehsalı ilə məşğul olan müəssisələrdə işlə təmin oluna bilərlər.

Biotexnologiya ixtisası üzrə məzunlar biotexnoloji proseslərə əsaslanan istehsalat müəssisələrində (süd, ət məhsulları, müxtəlif içkilər və digər qida məhsulları, əczaçılıq və s.), aqrar sektorun biotexnoloji laboratoriyalarında, elmi-tədqiqat institutlarında işlə təmin oluna bilərlər.

Bitki mühafizəsi ixtisası üzrə məzunlar Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzdində fəaliyyət göstərən müəssisələrdə, milli parklarda, qoruqlarda və digər mühafizə olunan ərazilərdə, elmi-tədqiqat institutlarında işlə təmin oluna bilərlər.

Qida mühəndisliyi ixtisası üzrə məzunlar təhsil müəssisələrində, elmi-tədqiqat institutlarında, istehsalat müəssisələrində, xüsusən də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin struktur bölmələrində və laboratoriyalarında işlə təmin oluna bilərlər.

Fakültədə tədris Azərbaycan, rus və ingilis dillərində aparılır.

Xəbərlər

BDU ilk dəfə “GreenMetric Ranking 2024”də yer alıb

BDU ilk dəfə “GreenMetric Ranking 2024”də yer alıb
13/12/2024

Ən böyük azərbaycanlı – Ümummilli Lider Heydər Əliyev

Ən böyük azərbaycanlı – Ümummilli Lider Heydər Əliyev
12/12/2024

BDU kollektivi Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

BDU kollektivi Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
12/12/2024