BDU-nun Biologiya fakültəsində iqlim dəyişikliyinin bitkilərə təsiri öyrənilib

16/03/2022

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində 27 Mart - Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş tədbirlər çərçivəsində növbəti elmi seminar keçirilib.  
Seminarda Botanika və bitki fiziologiyası kafedrasının dosent əvəzi Asim Səfərov “Azərbaycanın dağ-kserofit bitkiliyinə iqlim dəyişkənliklərinin təsiri, nəticələri və proqnozu” adlı məruzə ilə çıxış edib. Məruzədə son 150-200 ildə planetdə baş verən iqlim dəyişkənliyinin Yer kürəsinin bitki örtüyünə təsiri, bunun nəticəsində yaranan deqradasiyaların müasir vəziyyəti təhlil olunub.
Asim Səfərov həmçinin Azərbaycanın bitki örtüyündə mühüm elmi-praktiki əhəmiyyət kəsb edən, digər bitkilik tiplərindən özünəməxsus bioekoloji əlamət və xüsusiyyətləri ilə fərqlənən dağ-kserofit bitkiliyinin müasir vəziyyətindən bəhs edib. O bildirib ki, meşə bitki örtüyü sahələrinin antropogen və təbii faktorların təsiri nəticəsində kəskin surətdə azalması, planetdə səhralaşma probleminin genişlənməsi, texnogen faktorların atmosferi çirkləndirməsi, dünya okeanında mövcud olan təbii proseslərin normal axınında pozuntular, daimi sualtı axınların istiqamətinin dəyişməsi və s. ciddi ekoloji problemlər olaraq qalır.  
Sonda Asim Səfərov seminar iştirakçılarının suallarını cavablandırıb.

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026