BDU-nun Biologiya fakültəsində təlim: “Magistr dissertasiya işinin tərtibi və akademik yazı”

17/10/2023

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində “Magistr dissertasiya işinin  tərtibi və akademik yazı” adlı təlim keçirilib.

Fakültənin dekanı Afət Məmmədova və elmi işlər üzrə dekan müavini Pərvin Zülfüqarova magistrantlara dissertasiya işinin hazırlanması və elmi tədqiqat işlərinin aparılması ilə bağlı tövsiyələr veriblər.

Biologiya fakültəsinin dosenti Sevinc Hümbətova magistrantlara magistrlik dissertasiya işinin hazırlanması, tədqiqatlar üzrə problem qoyuluşu və həlli yolları, elmi ədəbiyyatlarla işləmək, elmi məqalələrin yazılması qaydalarını izah edib. Tələbələr  dissertasiya işinin yazılma mərhələləri və ardıcıllığına, ixtisasın spesifikliyini əks etdirən material və metodikanın tətbiqinə, işin texniki tərtibat qaydalarına dair titul səhifəsindən ədəbiyyat siyahısınadək diqqət edilməli məqamlar haqqında slaydlarla tanış olublar.  Konkret misallar üzərində ayrı-ayrı sualların izahı magistrlərin nəzərinə çatdırılıb.

Bununla yanaşı, 2 illik təhsil dövründə magistrlərin hazırlayacaqları hesabatlar, onların təqdimatına dair qaydalar, təhvil veriləcək referat və işin aprobasiyasını əks etdirəcək elmi publikasiya öhdəliyi də müzakirə edilib. Plagiarizmə yol verməmək, mənbələrə doğru istinad və internet resurslarından istifadə qaydaları da diqqətə çatdırılıb.

Sonda  magistrantların sualları cavablandırılıb.

Xəbərlər

Görkəmli uşaq şairi Zahid Xəlil BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri ilə görüşüb

Görkəmli uşaq şairi Zahid Xəlil BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri ilə görüşüb
06/04/2026

BDU-nun Biologiya fakültəsində duzluluq stresinin bitkilərə təsiri tədqiq olunur

BDU-nun Biologiya fakültəsində duzluluq stresinin bitkilərə təsiri tədqiq olunur  
06/04/2026

BDU-nun komandası Özbəkistanda keçirilən beynəlxalq kibertəhlükəsizlik yarışında uğurla iştirak edib

BDU-nun komandası Özbəkistanda keçirilən beynəlxalq kibertəhlükəsizlik yarışında uğurla iştirak edib
06/04/2026