BDU-nun Biologiya fakültəsində “Xocalı faciəsi qan yaddaşımızdır” adlı tədbir keçirilib

25/02/2022

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar tədbir keçirilib.

Tarix fakültəsinin professoru Nuru Məmmədov Xocalı faciəsinin dəhşətləri, Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti barədə məruzə edib, Ümummilli Lider Heydər Əliyevin soyqırıma siyasi qiymət verilməsi istiqamətində xidmətlərindən danışıb.

Fakültənin əslən Xocalıdan olan tələbəsi Bənövşə Əkbərova valideynlərinin və qohumlarının yaşadıqları acı xatirələri tədbir iştirakçıları ilə bölüşüb.

Tədbirdə tələbələrin hazırladığı videoçarx nümayiş olunub.

Tədbir bədii hissə ilə davam edib. Dosent Sevda Tahirli Xocalı faciəsi şahidlərinin başlarına gələn hekayələrdən hissələr səsləndirib.

Tədbirin sonunda fakültə dekanı Afət Məmmədova Xocalı faciəsinin heç bir zaman Azərbaycan xalqının qan yaddaşından silinməyəcəyini bildirib.

Xəbərlər

Birinci instansiya məhkəmələrinə hakim təyin edilən 52 nəfərin 27-si BDU məzunudur

Birinci instansiya məhkəmələrinə hakim təyin edilən 52 nəfərin 27-si BDU məzunudur
11/10/2026

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva
10/10/2026

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026