BDU-nun Biologiya fakültəsinin məzunlarından böyük uğur

08/07/2025

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsini bu il bitirən 228 məzundan 22-si dünyanın nüfuzlu ali təhsil müəssisələrinə qəbul olub. Bu universitetlərdən bəziləri (London İmperial Kolleci, Mançester Universiteti, Koreya Universiteti, Birmingem Universiteti və s.) “QS World University Rankings 2026”da dünya üzrə ilk 500-lüyə düşür.

Tələbələrin bir çoxu Almaniya, Böyük Britaniya, İtaliya, Litva, İsrail, Polşa, Koreya, Rusiya və Türkiyənin aparıcı universitetlərinə tam və ya qismən təqaüd qazanıblar. Onların bir qismi isə dövlət proqramları və beynəlxalq təqaüd layihələrinin qalibidir.

Tələbələrin seçdikləri əsas ixtisas və istiqamətlər arasında molekulyar biotexnologiya və molekulyar biologiya, genetika, tibb və farmasevtik biotexnologiya, ictimai səhiyyə və sosial epidemiologiya, hüceyrənin molekulyar biologiyası, beynəlxalq münasibətlər və təhlükəsizlik, eləcə də biotexniki və tibbi informasiya texnologiyaları kimi müasir və prioritet sahələr yer alır.

Fakültə məzunlarının bu uğuru Universitetdə formalaşmış güclü elmi mühit və beynəlxalq əməkdaşlığın nəticəsidir. Xaricdə təhsil alan tələbələrə Universitet tərəfindən hərtərəfli dəstək göstərilir. Bu nailiyyətlər BDU tələbələrinin rəqabətqabiliyyətli biliyə və yüksək potensiala sahib olduqlarını təsdiqləyir.

 

Xəbərlər

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür
18/10/2026

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub
16/10/2026

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
16/10/2026