BDU-nun Biologiya fakültəsinin tələbələri Hirkan Milli Parkında çöl-tədris təcrübəsində

26/05/2025

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin tələbələri üçün nəzərdə tutulmuş çöl-tədris təcrübəsi çərçivəsində Hirkan Milli Parkına təlim səfəri ediblər. Səfər çərçivəsində tələbələr Hirkan Milli Parkında müxtəlif bitki və heyvan növlərinin yaşayış mühitini öyrənməklə yanaşı, 22 may- Beynəlxalq Biomüxtəliflik Gününə həsr olunmuş “BioGün 2025” adlı maarifləndirici tədbirdə də iştirak ediblər.

Tədbir BDU və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti arasında anlaşma memorandumu əsasında birgə təşkil olunub.

Maarifləndirici tədbirdə 144 tələbə iştirak edib. Onlar UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilən Hirkan Milli Parkının nadir və endemik növlərlə zəngin ekosistemi ilə tanış olub, biomüxtəlifliyin mühafizəsi, ekoloji tarazlığın qorunması və davamlı inkişaf prinsipləri barədə biliklərini artırıblar. Bu, tələbələrin elmi-tədqiqat bacarıqlarının inkişafına, biomüxtəlifliyin praktiki öyrənilməsinə və ekoloji düşüncənin formalaşmasına mühüm töhfə verir.

 

Xəbərlər

XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub

XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub
25/10/2026

BDU-nun dosenti, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Reyhan Şıxlinskayanın oxucuları ilə görüşü

BDU-nun dosenti, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Reyhan Şıxlinskayanın oxucuları ilə görüşü
25/10/2026

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş
24/10/2026