BDU-nun Biologiya fakültəsinin tələbələri Mərkəzi Nəbatat Bağında ekskursiyada 

06/05/2026

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin “Bioteam” klubu tərəfindən Mərkəzi Nəbatat Bağına maarifləndirici ekskursiya təşkil olunub.

Ekskursiyanın əsas məqsədi tələbələrin bitki müxtəlifliyi ilə yaxından tanış olması, botanika sahəsində nəzəri biliklərinin praktik müşahidələr vasitəsilə möhkəmləndirilməsi və elmi müşahidə bacarıqlarının inkişaf etdirilməsi olub.

Ekskursiya zamanı Mərkəzi Nəbatat Bağının Tropik və subtropik bitkilər laboratoriyasının müdiri Aytən Hüseynova tələbələrə tropik və subtropik bitkilərin biomüxtəlifliyi, onların morfoloji və ekoloji xüsusiyyətləri, iqlim şəraitinə uyğunlaşma mexanizmləri, elmi-tədqiqat və mühafizə baxımından əhəmiyyəti barədə ətraflı məlumat verib.

Tələbələr Mərkəzi Nəbatat Bağında müxtəlif bitki növləri ilə tanış olub, canlı bitki nümunələri üzərində müşahidələr aparıblar. Ekskursiya onların auditoriyada qazandıqları nəzəri bilikləri praktik mühitdə tətbiq etməsinə və bitkilərin sistematikası, morfologiyası, ekologiyası haqqında təsəvvürlərinin genişlənməsinə şərait yaradıb.

Xəbərlər

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi
20/09/2026

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür
20/09/2026

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva
19/09/2026