BDU-nun Biologiya fakültəsinin tələbələri Qubada çöl-tədris təcrübəsində

16/05/2025

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin bakalavriat səviyyəsi üzrə buraxılış kurs tələbələri tədris planına uyğun olaraq mayın 15-də Quba rayonunda çöl-tədris təcrübəsində olublar.

Təcrübə zamanı tələbələr çöl şəraitində elmi müşahidə metodlarını tətbiq edərək, müxtəlif bitki və heyvan növlərinin yaşayış mühitini öyrənib, bitkilərin morfoloji xüsusiyyətlərini təhlil ediblər.

Zooloji tədqiqatlar çərçivəsində müxtəlif növ canlıların areallarını müəyyənləşdirib, onların populyasiya sıxlığını müşahidə ediblər.

Təcrübə prosesi tələbələrə təbiətlə birbaşa ünsiyyət qurmaq, ekoloji tarazlığı və biomüxtəlifliyi daha dərindən anlamaq imkanı verib, onların gələcək elmi fəaliyyətləri üçün mühüm baza rolu oynayıb, eləcə də nəzəri biliklərini təcrübi fəaliyyətlə möhkəmləndirməyə imkan yaradıb.

 

Xəbərlər

BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək

BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək
02/10/2026

BDU-da elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması üzrə təlim

BDU-da elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması üzrə təlim
02/10/2026

BDU EIFL-in Baş Assambleyasında təmsil olunub

BDU EIFL-in Baş Assambleyasında təmsil olunub
02/10/2026