BDU-nun Biologiya fakültəsinin tələbələrinə açıq havada dərslər keçirilir

16/04/2024

Aprelin 15-dən Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində bəzi fənlər üzrə dərslərin açıq havada keçirilməsinə başlanılıb. Fakültənin Botanika və bitki fiziologiyası kafedrasının müəllimi Əsmər Hüseynova “Dərman bitkiləri” dərsini açıq havada keçib.

Dərs prosesi zamanı təbiətin qorunması və yaşıllıqların artırılmasının əhəmiyyəti bildirilib, tələbələr müxtəlif dərman bitkiləri və müalicəvi xüsusiyyətləri ilə tanış edilib. Qeyd olunub ki, Azərbaycan florasına daxil olan ali bitkilərin və meyvələrin bir çoxu dərman əhəmiyyətlidir. İnsanlar hələ qədim zamanlardan bəri onlardan bu və ya digər xəstəliyin müalicəsində istifadə ediblər. Belə xüsusiyyətə malik bitkilər 1545 növlə təmsil olunurlar ki, bu da Azərbaycan florasına daxil olan ümumi bitki növlərinin 34,3%-ni təşkil edir. Bu saya başqa yerlərdən gətirilərək yerli şəraitə uyğunlaşan növlər də daxildir.

Tərkibindəki hər hansı kimyəvi komponent, vitamin və ya minerallar sayəsində insan həyatı üçün faydası olan bitkilər dərman bitkiləri kimi müəyyən edilir. Bu bitkilərin xəstəliklərə qarşı faydalı ola bilməsi üçün istehlak miqdarı və istifadə üsulu böyük əhəmiyyət kəsb edir. Xəstəliklərin müalicəsində dərman bitkilərindən istifadə demək olar ki, bəşəriyyətin tarixi qədər qədimdir.  Ancaq dərman bitkiləri heç bir xəstəliyi tam sağalda bilməz və heç vaxt dərman əvəzinə istifadə edilməməlidir.

Dərsin sonunda tələbələrlə mövzu ilə bağlı fikir mübadiləsi aparılıb, sonra onlar bitkilərin əkilməsi prosesində iştirak ediblər.

Xəbərlər

BDU-nun Tarix fakültəsinin baş müəllimi Vaqif Nəbiyev vəfat edib

BDU-nun Tarix fakültəsinin baş müəllimi Vaqif Nəbiyev vəfat edib
17/07/2026

BDU-nun 12 tələbəsi “IT SkillSprint” proqramını uğurla başa vurub

BDU-nun 12 tələbəsi “IT SkillSprint” proqramını uğurla başa vurub
17/07/2026

“Mediada Azərbaycan dili” metodik vəsaitinin təqdimatı olub

“Mediada Azərbaycan dili” metodik vəsaitinin təqdimatı olub
17/07/2026