BDU-nun Biologiya fakültəsinin tələbələrinin istehsalat və pedaqoji təcrübələri başlayıb

16/02/2024

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin Biologiya, Su bioehtiyatları və akvakultura, Biotexnologiya ixtisaslarında təhsil alan IV kurs tələbələrinin Elm və Təhsil Nazirliyinin müvafiq elmi-tədqiqat institutlarında, “Fetal Mərkəz NS Genetics” klinikası, “Azər-Maya İstehsal” QSC, “AZZA” QSC, “Milla Dairy” MMC, “Avromak” MMC, “Xıllı Balıq” MMC, “Azerbaijan Fish Farm” MMC, Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Mərkəzi laboratoriyası, “Biyan Products” MMC, “Azərfarm” LTD, Koreya Şərq Təbabəti Klinikası (SEBA), Veysəloğlu Şirkətlər Qrupu, “Ulduz” Şokolad Fabriki kimi istehsalat müəssisələrində 9-14 həftə müddətində istehsalat, Biologiya müəllimliyi ixtisasında təhsil alan tələbələrinin isə Bakı şəhərində yerləşən müvafiq tam orta ümumtəhsil məktəblərində tədris planına uyğun olaraq 9 həftəlik pedaqoji təcrübələrinə başlanılıb.

BDU-nun Biologiya fakültəsinin dekanı Afət Məmmədova, kafedra müdirləri və təcrübə rəhbərləri istehsalat və pedaqoji təcrübələrin başlaması ilə əlaqədar tələbələrlə keçirilən görüşdə təcrübələrin təşkili barədə ətraflı məlumat verib, onları maraqlandıran sualları cavablandırıblar.

Xəbərlər

BDU-nun həmtəşkilatçılığı ilə Arxeoloji Yay Məktəbi davam edir

BDU-nun həmtəşkilatçılığı ilə Arxeoloji Yay Məktəbi davam edir
07/08/2026

BDU-da yeni ixtisas: “Regionşünaslıq (Afrika üzrə)”

BDU-da yeni ixtisas: “Regionşünaslıq (Afrika üzrə)”
06/08/2026

BDU-da abituriyentlər üçün “Açıq qapı” günləri başa çatıb

BDU-da abituriyentlər üçün “Açıq qapı” günləri başa çatıb
06/08/2026