BDU-nun “Brend tələbə”ləri mükafatlandırılıb

29/12/2025

AzEdu.az və Bakı Dövlət Universitetinin (BDU) birgə təşkilatçılığı ilə BDU-da təhsil alan “Brend tələbə”lər təltif ediliblər.

BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov Universitetin ictimai, elm və təhsil həyatında seçilən tələbələr üçün belə layihələrin önəmindən danışıb.

“Modern” Media Qrupunun rəhbəri Elşad Eyvazlı qalib tələbələri təbrik edib, onlara təhsil həyatlarında uğurlar arzulayıb. Qeyd edilib ki, AzEdu.az təhsil portalı tələbələr arasında sağlam rəqabətlilik mühiti yaratmaq, aktiv gəncləri daha geniş müstəvidə tanıtmaq və onların bacarıqlarını gələcək tələbələrə çatdırmaq məqsədilə “Brend tələbə” siyahısını tərtib edib. Bu il siyahıya 29 ali təhsil müəssisəsinin hər birindən 10 tələbə daxil edilib.

Daha sonra çıxış edən AzEdu.az təhsil portalının baş redaktoru Ləman Novruzova, BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Kəmalə Quliyeva təhsil portalı ilə BDU arasında birgə əməkdaşlıqdan danışıb, ortaq  layihələrin həyata keçirilməsinin əhəmiyyətini qeyd edib.

İnteraktiv formada keçən görüşdə tələbələr layihə ilə bağlı fikirlərini və təkliflərini bölüşüblər. Sonra onlara sertifikatlar təqdim olunub.

Xəbərlər

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib
11/09/2026

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub
11/09/2026

BDU-nu seçən əkiz bacılar: “Bizim üçün böyük fəxrdir”

BDU-nu seçən əkiz bacılar: “Bizim üçün böyük fəxrdir”
10/09/2026