BDU-nun əcnəbi tələbələri dekolonizasiya prosesində gənclərin şəhərsalmada roluna dair beynəlxalq konfransda

22/05/2026

Bakı Dövlət Universitetinin (BDU) “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində təhsil alan bir qrup əcnəbi tələbəsi BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Qlobal Cənub Gənclər Platforması: Dekolonizasiya prosesində gənclərin şəhərsalmada rolu” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak ediblər.

Tədbir müxtəlif ölkələrdən olan ekspertləri, gənc alimləri və tələbələri bir araya gətirərək, müasir şəhərsalma proseslərində kolonizasiyanın təsirləri və onların aradan qaldırılması istiqamətində atıla biləcək addımlar barədə geniş müzakirə platforması yaradıb.

Görüş zamanı məruzəçilər kolonial irsin şəhər infrastrukturuna, sosial mühitə və inkişaf strategiyalarına təsirləri barədə çıxış ediblər. Eyni zamanda, gənclərin bu prosesdə oynaya biləcəyi rol, innovativ yanaşmalar və dayanıqlı şəhərsalma modellərinin formalaşdırılmasında onların töhfələri müzakirə olunub.

BDU-nun əcnəbi tələbələrinin tədbirdə iştirakı onların qlobal mövzularda bilik və baxışlarının genişlənməsinə, həmçinin beynəlxalq mühitdə sosial-elmi müzakirələrə inteqrasiya olunmasına imkan yaradıb.

Xəbərlər

BDU-nun şəhid məzunu Nicat Əhmədovun məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Nicat Əhmədovun məzarı ziyarət olunub
23/09/2026

BDU rektoru “UI GreenMetric Sustainable University Rankings 2026” konfransının panel müzakirəsində iştirak edib

BDU rektoru “UI GreenMetric Sustainable University Rankings 2026” konfransının panel müzakirəsində iştirak edib
23/09/2026

“BDU könüllüləri” təşkilatı yeni könüllülərin qəbulunu elan edir

“BDU könüllüləri” təşkilatı yeni könüllülərin qəbulunu elan edir
23/09/2026