BDU-nun əcnəbi tələbələri Gəncəyə səfər ediblər

03/06/2025

Bakı Dövlət Universitetinin (BDU) əcnəbi tələbələri Filologiya fakültəsinin ingilis dili müəllimi Gülşən Məhərrəmovanın rəhbərliyi ilə Gəncə şəhərinə səfər ediblər.

Tarixi və mədəni zənginliyi ilə seçilən Gəncəyə səfərin məqsədi müxtəlif ölkələrdən olan tələbələr arasında mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi və həmrəyliyin təşviq olunması olub. Səfərdə BDU-nun İndoneziya, İraq, Türkiyə, Çad, Komor adaları və Tailanddan olan tələbələri iştirak ediblər.

Səfər zamanı tələbələr “İmamzadə” dini kompleksi, Gəncə qala qapıları - Arxeologiya və Etnoqrafiya Muzeyi, Nizami məqbərəsi və muzeyi, Cavad xan məqbərəsi, Xan bağı, Gəncə Şəhər İcra Hakimiyyəti, Gəncə bazarı, Göygöl kimi tarixi və mədəniyyət obyektlərini ziyarət ediblər. Əcnəbi tələbələr Gəncənin zəngin tarixi ilə tanışlığın mədəniyyətlərarası əməkdaşlıq və tələbə həyatının zənginləşdirilməsi istiqamətində atılan mühüm addım olduğunu vurğulayıblar.

 

Xəbərlər

Görkəmli yazıçı, ədəbiyyatşünas və pedaqoq - Mir Cəlal Paşayev

Görkəmli yazıçı, ədəbiyyatşünas və pedaqoq - Mir Cəlal Paşayev
28/09/2026

Qürur və ehtiram günü

Qürur və ehtiram günü
27/09/2026

BDU kollektivi Zəfər parkını ziyarət edib

BDU kollektivi Zəfər parkını ziyarət edib
27/09/2026