BDU-nun əcnəbi tələbələrinin Ümümmilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bayram konserti

10/05/2023

Bakı Dövlət Universitetinin (BDU) Hazırlıq sektorunun təşkilatçılığı ilə əcnəbi tələbələrin Ümümmilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı bayram konserti keçirilib.

Əvvəlcə BDU-nun əcnəbi tələbələrinin ifasında Dövlət himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın azadlığı uğrunda həlak olan şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Əcnəbi tələbələr Ulu Öndər Heydər Əliyevlə bağlı təqdimatlar edib, onun kəlamlarını səsləndiriblər. Ümummilli Lider Heydər Əliyevə, Azərbaycana həsr olunmuş şeirlər deyib, mahnılar oxuyublar.

Daha sonra Hazırlıq sektoru tələbələrinin Ulu Öndərə həsr etdikləri slayd nümayiş olunub.

Xəbərlər

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin məzunlarının hamısı tələbə adını qazanıb

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin məzunlarının hamısı tələbə adını qazanıb
06/09/2024

BDU-105: Peşəkar İT mütəxəssisləri hazırlayan Tətbiqi riyaziyyat və kibernetika fakültəsi

BDU-105: Peşəkar İT mütəxəssisləri hazırlayan Tətbiqi riyaziyyat və kibernetika fakültəsi
06/09/2024

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin ilk görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin ilk görüşü
06/09/2024