BDU-nun İctimai Nəzarət Şurasının üzvləri və KİV nümayəndələri imtahan sessiyasını izləyiblər

27/01/2023

Bakı Dövlət Universitetinin (BDU) İctimai Nəzarət Şurasının üzvləri və KİV nümayəndələrinin iştirakı ilə payız semestrinin imtahan sessiyasının gedişatı izlənilib.

Qonaqlara sessiyanın təşkili barədə məlumat verilib. Bildirilib ki, BDU-da 2022-2023-cü tədris ilinin payız semestrinin yanvarın 5-dən başlayan imtahan sessiyası fevralın 3-dək davam edəcək. Ümumilikdə sessiya ərzində imtahanlarda bakalavriatura səviyyəsində 927 qrup üzrə 20 mindən çox, magistratura səviyyəsində isə 261 ixtisaslaşma üzrə 1961 tələbənin iştirakı nəzərdə tutulub. İmtahanların yoxlanılması təchiz olunmuş 8 geniş auditoriyada həyata keçirilir. Sessiyanın gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə İmtahan Qərargahı və Apelyasiya Komissiyası yaradılıb. Komissiya sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif, Elm və Təhsil Nazirliyinin "Qaynar xətt"i vasitəsilə daxil olmuş şikayətlərin operativ araşdırılmasını təmin edir.

Sonra İctimai Nəzarət Şurasının üzvləri və KİV nümayəndələri imtahana nəzarət otaqlarında, ayrı-ayrı auditoriyalarda prosesi müşahidə edib, tələbələrin imtahanların gedişinə münasibətləri ilə maraqlanıblar.

Xəbərlər

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 118 il ötür

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 118 il ötür
26/04/2026

BDU-nun Astrofizika kafedrası: “Eta Aquarid” meteor yağışı müşahidə olunacaq

BDU-nun Astrofizika kafedrası: “Eta Aquarid” meteor yağışı müşahidə olunacaq
24/04/2026

BDU-nun Filologiya fakültəsinin tələbələri üçün nitq təlimlərinə başlanılıb

BDU-nun Filologiya fakültəsinin tələbələri üçün nitq təlimlərinə başlanılıb
24/04/2026