BDU-nun İctimai Nəzarət Şurasının üzvləri və jurnalistlər imtahan sessiyasının gedişini izləyiblər

24/01/2025

Bakı Dövlət Universitetinin (BDU) İctimai Nəzarət Şurasının üzvləri və KİV nümayəndələrinin iştirakı ilə payız semestrinin imtahan sessiyasının gedişatı izlənilib.

Əvvəlcə BDU-nun İctimai Nəzarət Şurasının iclası keçirilib. Rektor Elçin Babayev Şura üzvlərinə Universitetdə ötən il ərzində həyata keçirilən işlər və yeniliklər barədə məlumat verib. Qeyd edib ki, 2024-cü ildə BDU dünya və regional reytinqlərdəki mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib, qlobal akademik gücünü daha da artırıb. İl ərzində BDU həm beynəlxalq, həm ölkədaxili əməkdaşlığı genişləndirib. Bunlarla yanaşı, yeni tədris, elmi tədqiqat laboratoriyaları yaradılır, infrastruktur yenilənir.

Elçin Babayev Şura üzvlərinə imtahan sessiyasının gedişi ilə bağlı da məlumat verib. O, əvvəlki illərə nisbətən şikayətlərin və köçürmə hallarının azaldığını bildirib. Sessiyanın gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə İmtahan Qərargahı və Apelyasiya Komissiyası yaradılıb.

Sonra İctimai Nəzarət Şurasının üzvləri və KİV nümayəndələri imtahana nəzarət otağında prosesi müşahidə ediblər.

Xəbərlər

AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı BDU tələbələrinə ustad dərsi keçib

AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı BDU tələbələrinə ustad dərsi keçib
13/03/2026

BDU-da Əmlak Məsələləri Dövlət Xidmətinin “Karyera görüşləri”

BDU-da Əmlak Məsələləri Dövlət Xidmətinin “Karyera görüşləri”
13/03/2026

“Müasir dövrdə türk və Azərbaycan dillərində rəsmi üslub”

“Müasir dövrdə türk və Azərbaycan dillərində rəsmi üslub”
13/03/2026