BDU-nun İctimai Nəzarət Şurasının üzvləri və KİV nümayəndələri imtahan sessiyasını izləyiblər

12/06/2025

Bakı Dövlət Universitetinin (BDU) İctimai Nəzarət Şurasının üzvləri və KİV nümayəndələrinin iştirakı ilə yaz semestrinin imtahan sessiyasının gedişatı izlənilib.

Əvvəlcə BDU-nun yeni açılmış “Tələbə məkanı”nda İctimai Nəzarət Şurasının iclası keçirilib. BDU rektoru Şura üzvlərinə Universitetdə son zamanlar həyata keçirilən yeniliklər və sessiyanın gedişi ilə bağlı məlumat verib. O bildirib ki, BDU dünya və regional reytinqlərdəki mövqeyini əhəmiyyətli dərəcədə gücləndirməyə davam edir. Bunlarla yanaşı, infrastruktur yenilənir. Son zamanlar BDU-da “Eko Məkan”, “Tələbə məkanı”, Faydalı qazıntılar muzeyi, Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin nəzdində Materialşünaslıq elmi-tədqiqat laboratoriyasının açılışları olub.

Elçin Babayev Şura üzvlərinə imtahan sessiyasının gedişi ilə bağlı da məlumat verib. O, əvvəlki illərə nisbətən köçürmə hallarının azaldığını bildirib. Sessiyanın gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə İmtahan Qərargahı və Apelyasiya Komissiyası yaradılıb. Ümumilikdə sessiya ərzində bakalavriat səviyyəsində 701 qrup üzrə 16000-dən çox, magistratura səviyyəsində 215 ixtisaslaşma üzrə 1175 magistrant imtahan verir. İyunun 12-də 15 fakültə üzrə 239 imtahan nəzərdə tutulur. Bu imtahanlarda 236 qrup üzrə 5374 nəfər iştirak edir.

Sonra İctimai Nəzarət Şurasının üzvləri və KİV nümayəndələri imtahan prosesini müşahidə ediblər.

 

Xəbərlər

BDU-nun İctimai Nəzarət Şurasının üzvləri və KİV nümayəndələri imtahan sessiyasını izləyiblər

BDU-nun İctimai Nəzarət Şurasının üzvləri və KİV nümayəndələri imtahan sessiyasını izləyiblər
12/06/2025

BDU-da “Rəqəmsal əsrdə universitet kitabxanaları:beynəlxalq resurslar və repozitoriyalar” mövzusunda seminar

BDU-da “Rəqəmsal əsrdə universitet kitabxanaları:beynəlxalq resurslar və repozitoriyalar” mövzusunda seminar
12/06/2025

BDU-nun Astrofizika kafedrası: “Yay fəsli Azərbaycana iyunun 21-i saat 06:42:11-də daxil olacaq”

BDU-nun Astrofizika kafedrası: “Yay fəsli Azərbaycana iyunun 21-i saat 06:42:11-də daxil olacaq”
11/06/2025