BDU-nun daha bir tələbəsi İsveçin dövlət təqaüdünün qalibi olub

20/05/2024

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Sosial İş ixtisasının IV kurs tələbəsi Hümbət Əhmədzadə İsveç Xarici İşlər Nazirliyinin “SI Scholarship for Global Professionals” dövlət təqaüdünün qalibi olub.

Hümbət Əhmədzadə Gothenburg Universiteti tərəfindən təklif olunan Sosial iş və insan hüquqları (Social work and human rights) ixtisasında təhsil alacaq.

Qeyd edək ki, “SI Scholarship for Global Professionals” təqaüdü yüksək Ümumi Orta Müvəffəqiyyət Göstəricisi, minimum 6.5 IELTS balı, İsveç universitetlərinin birinə qəbul, motivasiya və referans məktubları, iş təcrübəsi kimi şərtlərin ödənilməsini tələb edir. Hümbət Əhmədzadənin təhsil aldığı müddətdə əldə etdiyi uğurlar, yerli və beynəlxalq təcrübə proqramlarında iştirakı onun təqaüdü əldə etməsinə imkan yaradıb.

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026