BDU-nun dekan əvəzi Vüqar Əliyev ADU tələbələrinə “Onlayn Jurnalistika media sistemində” mövzusunda mühazirə deyib

26/05/2017

Tədbir internet jurnalistikası, medianın inkişafında texniki tərəqqinin rolu, müasir jurnalistikanın prioritetləri haqqında prezentasiyanın təqdimatı ilə başlanıb və tədbir tələbələrlə mediadakı problemlər haqqında dəyirmi masa ətrafında müzakirələrlə davam etdirilib. Görüş Azərbaycan dili və ədəbiyyatı kafedrasının müəllimi Günel Heydərovanın təşəbbüsü, Filologiya və Jurnalistika fakültəsinin dekanı Vüsalə Ağabəylinin təşkilatçılığı ilə keçirilib. Vüqar Əliyev, eyni zamanda, "Oğuz" Müstəqil Araşdırmaçılar Mərkəzinin rəhbəridir. O, ADU-nun Jurnalistika ixtisası üzrə təhsil alan I və II kurs tələbələrinə “Onlayn Jurnalistika media sistemində” mövzusunda mühazirədeyib. Qeyd edək ki, Vüqar Əliyev Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq fakültəsinin Beynəlxalq Jurnalistika ixtisasının məzunu, Beynəlxalq Jurnalistika kafedrasının dosenti, filologiya elmləri üzrə fəlsəfə doktorudur. O "Media imperiyası", "Beynəlxalq jurnalistikada etik normalar və Azərbaycan mətbuatı" monoqrafiyalarının, "Ön və Orta Asiya türklərinin tarixinə dair dörd anonim mənbə","X əsr yəhudi-xəzər  yazışması" tərcümə kitablarının, "Sirr" romanının eləcə də “Türk olmaq nədeməkdir?”, ”70-ci illərdə doğulanlar...” , “Ənvər Paşa xatirəsinə”, “Bu günAşuradır”, “Sarı gəlin” əfsanəsi” esselərinin müəllifidir.

Mətbuat və informasiya şöbəsi, 26 may 2017-ci il.

Xəbərlər

Küsülüləri barışdıran, xoş sözlər danışılan çərşənbə

Küsülüləri barışdıran, xoş sözlər danışılan çərşənbə
18/03/2025

BDU-da dəyirmi masa: “Elmi innovasiya və biotexnologiyalar: ekoloji tarazlığın davamlı təminatında yeni perspektivlər”

BDU-da dəyirmi masa: “Elmi innovasiya və biotexnologiyalar: ekoloji tarazlığın davamlı təminatında yeni perspektivlər”
18/03/2025

BDU-da Seyid Əzim Şirvaninin 190 illik yubileyi münasibətilə ədəbi-bədii tədbir

BDU-da Seyid Əzim Şirvaninin 190 illik yubileyi münasibətilə ədəbi-bədii tədbir
18/03/2025