BDU-nun dilçi alimləri Ankarada “Türk Dili Danışan Ölkələr Qurultayı”nda

20/11/2017

Türkiyənin paytaxtı Ankara şəhərində prezident R.T.Ərdoğanın himayəsi altında Türkiyə Yeni Strateji Araşdırmalar Mərkəzi və Türk Dil Qurumunun birgə təşkilatçılığı ilə “Türk Dili Danışan Ölkələr Qurultayı” keçirilib. 2017-ci ilin Türkiyədə “Dilimiz kimliyimizdir” başlığı altında “Türk dili ili” elan edilməsi ilə əlaqədar yüksək səviyyədə təşkil olunmuş bu mötəbər tədbirə dünyanın 4 qitəsini əhatə edən 50 ölkədən 320 nəfər elm adamı qatılıb. “Sheraton” hoteldə baş tutan və 3 gün davam edən tədbirdə müasir türkologiyanın aktual problemlərinə, o cümlədən ümumtürk ədəbi dili məsələsinə həsr olunmuş məruzələr dinlənilib.

Qurultayda Bakı Dövlət Universitetini Türkologiya kafedrasının müdiri, professor Ramiz Əskər, həmin kafedranın dosenti Qızılgül Abdullayeva, Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru Vaqif Sultanlı və “Türkoloji araşdırmalar” ETL-in əməkdaşı Pərvin Eyvazov təmsil edib.

Ramiz Əskər “Azərbaycanda türkologiyanın qısa tarixi”, Qızılgül Abdullayeva   “Azərbaycan  və  Türkiyə  türkcəsi  paralelliyində ümumünsiyyət  faktından  ortaq  türkcəyə  keçid”, Vaqif Sultanlı “İ.Qaspıralı və ortaq türk dili problemi” və Pərvin Eyvazov “B.Çobanzadənin ortaq türk dili layihəsi” adlı məruzələrlə çıxış ediblər. Həmçinin professorlar R.Əskər və V.Sultanlı qurultayda bölmə rəhbəri kimi fəaliyyət göstərib.

Bakı Dövlət Universitetini təmsil edən elm adamlarının Ankara səfəri uğurlu və yadda qalan maraqlı görüşlərlə başa çatıb.

philology.bsu.edu.az

Xəbərlər

Milli Gimnastika Arenasında BDU-nun möhtəşəm Məzun Günü

Milli Gimnastika Arenasında BDU-nun möhtəşəm Məzun Günü
13/06/2026

BDU-da 2025/2026-cı tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

BDU-da 2025/2026-cı tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb
13/06/2026

"Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” V gənclər düşərgəsinin açılışı olub

"Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” V gənclər düşərgəsinin açılışı olub
13/06/2026