BDU-nun doktorantı beynəlxalq konfransda çıxış edib

23/04/2021

Azərbaycan Respublikası Təhsil İnstitutunun dəstəyi, Təhsil İdarəçiləri Assosiasiyası və “T-NETWORK” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə Təhsil İdarəçiliyi Beynəlxalq Konfransı keçirilib. Konfransa təhsilin idarə olunması üzrə çalışan yerli və beynəlxalq tədqiqatçılar, alimlər, təhsil işçiləri iştirak ediblər. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin doktorantı Nərminə Əsədova konfransda “Təhsil idarəçiliyi işində ictimaiyyətlə əlaqələrin qurulması məsələləri: prioritet istiqamətlər və beynəlxalq təcrübə” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə müasir dövrdə Azərbaycanda Təhsil Nazirliyi və ali təhsil müəssisələrinin ictimaiyyətlə əlaqələr işini həyata keçirilməsi və təşkili sahəsində əldə olunan təcrübənin əsas götürülərək peşə hazırlığı liseyləri, kursları və orta məktəblərdə ictimaiyyətlə əlaqələr işinin qurulması məsələləri, bu sahədə prioritet istiqamətlər və beynəlxalq təcrübənin öyrənilməsinin əhəmiyyətindən danışıb.

Xəbərlər

BDU-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanlarında iştirak edəcək iddiaçıların nəzərinə!

BDU-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanlarında iştirak edəcək iddiaçıların nəzərinə!
20/08/2026

BDU rektorunun müşaviri Asiman İlyasov ARACIS-in “Beynəlxalq Ekspert Reyestri”nə daxil edilib

BDU rektorunun müşaviri Asiman İlyasov ARACIS-in “Beynəlxalq Ekspert Reyestri”nə daxil edilib
19/08/2026

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsi keçiriləcək

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsi keçiriləcək
19/08/2026