BDU-nun doktorantı Türkiyənin Qazi Universitetində tədqiqatlar aparıb

04/10/2023

Bakı Dövlət Universitetinin (BDU) Nanomaterialların kimyəvi fizikası kafedrasının I kurs doktorantı Məhəmməd Bağırov Avropa Birliyi tərəfindən maliyyələşdirilən Elm və Texnologiyada Avropa Əməkdaşlığı (Europian Cooporation in Science and Technology (COST)) proqramının “Fotovoltaika üçün yeni qeyri-üzvi halkogenidlərin tədqiqi və beynəlxalq əməkdaşlıq” (CA21148) adlı layihəsi üzrə Qısamüddətli Elmi Missiya (Short-term Scientific Mission (STSM)) qrant müsabiqəsinin qalibi kimi 24-30 sentyabr tarixlərində Türkiyənin Qazi Universitetində tədqiqatlar aparıb.

Layihə üzrə Məhəmməd Bağırov tərəfindən BDU-nun Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasında sintez olunan GO və GO əsaslı nanokompozitlər (tədqiqat mövzusu: “AgNWs/GO əsaslı kompozitlərin hazırlanması və onların H2S buxarında sulfidləşmə prosesi”) Qazi Universitetinin FOTONİK Tətbiqetmə ve Araşdırma Mərkəzində tədqiq olunub, spektroskopik analizlər və Şotki strukturlar yaradılaraq elektrik ölçmələri aparılıb. Sintez edilmiş ikiölçülü quruluşların və nanokompozitlərin strukturu, elektrik və optik xassələri müxtəlif analiz üsulları ilə tədqiq edilib. Alınmış nəticələr həmin mərkəzin elmi işçiləri ilə müzakirə olunub və gələcəkdə birgə elmi məqalələrin hazırlanması nəzərdə tutulub.

Məhəmməd Bağırov səfər müddətində Qazi Universitetinin müxtəlif tədqiqat laboratoriyaları ilə tanış olub, əməkdaşlarla maraqlı diskussiyalarda iştirak edib, həmçinin, Nanoaraşdırmalar ETL-in elmi istiqamətləri və BDU haqqında iştirakçılara məlumat verib.

Xəbərlər

BDU-nun Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun aparıcı elmi işçisi Qəzənfər Bayramov vəfat edib

BDU-nun Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun aparıcı elmi işçisi Qəzənfər Bayramov vəfat edib
08/05/2026

BDU-da II Respublika elmi konfransı: “Dahi şəxsiyyət və müdrik lider”

BDU-da II Respublika elmi konfransı: “Dahi şəxsiyyət və müdrik lider”
08/05/2026

BDU-da “Sosial-emosional öyrənmə və bacarıqlar” mövzusunda təlim keçirilib

BDU-da “Sosial-emosional öyrənmə və bacarıqlar” mövzusunda təlim keçirilib
08/05/2026