BDU-nun doktorantları elmi tədqiqatlarda fəal iştirak edir

11/01/2023

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Analitik kimya kafedrasının doktorantı Tahir Cavadzadənin həmmüəllifi olduğu “N-əvəzli tiokarbamidin metal komplekslərinin sintezi, struktur analizi, DFT tədqiqi, antioksidant fəallığı” (Synthesis, structural analysis, DFT study, antioxidant activity of metal complexes of N-substituted thiourea”) məqaləsi “Web of Science” bazasında Q2 kateqoriyalı jurnallar siyahısına daxil olan “Polyhedron” (IF: 1.09) jurnalında dərc olunub.

https://doi.org/10.1016/j.poly.2022.116274

Məqalə N-əvəzli tiokarbamid və onların metal komplekslərinin sintezi, quruluşlarının müasir fiziki-kimyəvi üsullarla müfəssəl tədqiqinə həsr edilib. Bu birləşmələrin sabit strukturlarını xarakterizə edən həndəsi, enerji və elektron parametrlər müəyyən olunub, funksional sıxlıq nəzəriyyəsi əsasında sərhəd molekulyar orbitalların enerjiləri, enerji boşluğu, kimyəvi reaktivlik deskriptorları, atom yükləri, dipol momenti və qütbləşmə qabiliyyəti hesablanıb. Eyni zamanda reagent və kompleks üçün molekulyar qarşılıqlı təsirlərin baş verə biləcəyi elektrofil və nukleofil bölgələrin yerləri müəyyənləşib, elektron sıxlığının ötürülməsi və hiper konyuqativ qarşılıqlı təsirlər isə aydınlaşdırılır. Müəyyən edilib ki, tiokarbamid və onun kompleksinin təklif olunan modellərinin təcrübi və nəzəri cəhətdən əldə edilmiş parametrləri üst-üstə düşür. Sintez edilmiş birləşmələrin antioksidant xüsusiyyətləri model reaksiyalarında tədqiq edilib. Məlum olub ki, bu birləşmələr sürtkü materiallarının oksidləşməsinə qarşı yüksək inhibitor xassəyə malikdir.

Xəbərlər

Müzəffər Komandan, qalib Ordu

Müzəffər Komandan, qalib Ordu
26/06/2026

BDU süni intellekt üzrə mütəxəssis hazırlığına başlayır

BDU süni intellekt üzrə mütəxəssis hazırlığına başlayır
25/06/2026

BDU-da Mexanika-riyaziyyat fakültəsində iki yeni ixtisaslaşma: “Kompozit materiallar” və “Mexatronik modullar”

BDU-da Mexanika-riyaziyyat fakültəsində iki yeni ixtisaslaşma: “Kompozit materiallar” və “Mexatronik modullar”
25/06/2026