BDU-nun doktorantları “Gənc tədqiqatçılar arasında Open Science təcrübəsinin təbliği” layihəsinin açılış mərasimində iştirak ediblər

22/02/2019

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti tərəfindən həyata keçirilən “Gənc tədqiqatçılar arasında Open Science təcrübəsinin təbliği” layihəsinin açılış mərasimi olub. Bakı Dövlət Universitetinin doktorantları Elvin Məlikov, Polad Orucov, Pərvin Eyvazov, Ayşən Sadıqlı, Anar Fərəcov, Nuray Xıdırova, Ramil Bayramov, Gülnar Axundova və digər doktorantlar tədbirdə iştirak ediblər.

Layihənin əsas məqsədi gənc tədqiqatçılara Open Science, Open Access, Open Research date, Open innovation, Open research computation, scientific social network haqqında bilik və informasiyalar vermək, Open Access jurnallarına çıxış imkanları, ORCID, indeksli jurnallarda çap olunmaq üçün elmi məqalələrin hazırlanması metodologiyası haqqında onları məlumatlandırmaq, Open Science-in gənc alimlər arasında geniş yayılmasına nail olmaqdır.

Açılış mərasimində Avropa Gənc Alimlər Şurasının (EURODOC) prezidenti Gareth O’Neillin Azərbaycanın gənc tədqiqatçılarına online videomüraciəti təqdim edilib.

Bakı Konqres Mərkəzində təşkil edilən tədbirdə Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin baş məsləhətçisi İrfan Davudov, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov, Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Avropa Gənc Alimlər Şurasının İdarə Heyətinin üzvü, Macarıstanın Gənc Alimlər Assosiasiyasının prezidenti Peter Szabo, Təhsil Nazirliyinin “Azərbaycan məktəbi” jurnalının baş redaktoru Rahil Nəcəfov, “Clarivate Analytics” agentliyinin Azərbaycan üzrə nümayəndəsi Aygün Babazadə və digərləri çıxış ediblər.

Qeyd edək ki, layihənin davamı olaraq martın 7-də Bakı Dövlət Universitetində də seminar keçiriləcək.

Mətbuat və informasiya şöbəsi, 22 fevral 2019-cu il.

Xəbərlər

BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib

BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib
25/04/2024

BDU-nun Filologiya fakültəsində tanınmış yazıçı-jurnalist Varis Yolçuyevlə görüş

BDU-nun Filologiya fakültəsində tanınmış yazıçı-jurnalist Varis Yolçuyevlə görüş
25/04/2024

BDU və Çinin Hefei Texnologiya Universiteti arasında əməkdaşlığın gücləndirilməsi müzakirə edilib

BDU və Çinin Hefei Texnologiya Universiteti arasında əməkdaşlığın gücləndirilməsi müzakirə edilib
25/04/2024