BDU-nun dosenti “Ekosistemlərin qiymətləndirilməsi üzrə Milli görüş” adlı ekoloji tədbirdə iştirak edib

04/08/2021

Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsinin Bioekologiya kafedrasının dosenti Məhluqə Yusifova 30 iyul-1 avqust 2021-ci il tarixlərində Qəbələ şəhərində keçirilmiş REC-Caucasus, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və İPBES-in birgə təşkil etdiyi “Supporting Decision Making and Building Capacity to Support IPBES Through National Ecosystem Assessments” beynəlxalq layihəsinin müzakirəsinə həsr olunmuş “Ekosistemlərin qiymətləndirilməsi üzrə Milli görüş” adlı tədbirdə iştirak edib.

Müxtəlif yerli və beynəlxalq təşkilatlardan olan nümayəndələrin qatıldığı bu görüşdə REC-Caucasus ekspertlərinin hazırladığı və Azərbaycanın dağ, su və meşə ekosistemlərinin müasir vəziyyəti, onlara olan antropogen təsirlər, biomüxtəliflik, ekosistem xidmətləri və onların qiymətləndirilməsini əks etdirən layihələrin ilkin variantı müzakirə edilib, iştirakçılar tərəfindən geniş diskussiyalar aparılıb.

Xəbərlər

BDU-nun 15 tələbəsinə universitet-sənaye tərəfdaşlığı çərçivəsində təqaüd verilib

BDU-nun 15 tələbəsinə universitet-sənaye tərəfdaşlığı çərçivəsində təqaüd verilib
20/10/2026

BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin xatirəsinə həsr olunmuş intellektual yarış

BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin xatirəsinə həsr olunmuş intellektual yarış
20/10/2026

BDU-da “Şərq ülkəri” ədəbi məclisinin növbəti tədbiri

BDU-da “Şərq ülkəri” ədəbi məclisinin növbəti tədbiri
20/10/2026