BDU-nun dosenti işğaldan azad edilmiş ərazilərdə təhsil sisteminin bərpası haqqında məruzə edib

29/03/2021

Bakı Dövət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin dosenti Ələmdar Cabbarlı 2021-ci il 27-28 mart tarixlərində Türkiyə Cümhuriyyətinin Fatih Sultan Mehmet Universitetinin təşkilatçılığı ilə keçirilən Təhsil Araşdırmaları Konfransında "Azərbaycanın erməni işğalından azad olunmuş ərazilərində təhsilin bərpası və inkişafı" mövzusunda məruzə edib. Məruzədə öncə konfrans iştirakçılarına Azərbaycan torpaqlarının işğal tarixi haqqında məlumat verilib. 30 ilə yaxın davam edən sülh danışıqlarının heç bir nəticə vermədiyi və nəhayət, Azərbaycan ordusunun qazandığı parlaq qələbə ilə işğala son qoyulduğu diqqətə çatdırılıb. Ümummilli liderimiz Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” kəlamı bir daha xatırladılaraq, 44 günlük Vətən Müharibəsində qardaş Türkiyənin Azərbaycana verdiyi mənəvi və siyasi dəstəkdən bəhs olunub. Sonra Qarabağ ərazisində təhsilin inkişaf tarixinə nəzər salınıb, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada 1830-cu ildə ilk dünyəvi  məktəbin açıldığı, ümumiyyətlə, bu bölgənin Azərbaycanın elm və təhsil tarixindəki önəmli yeri barədə danışılıb. 30 il ərzində erməni vandalları tərəfindən işğal edilmiş ərazilərdə digər infrasturktur sahələri ilə yanaşı təhsil müəssisələrimizin, orta məktəb, musiqi və peşə məktəblərinin binalarının, uşaq bağçalarının tamamilə dağıdıldığı, yandırıldığı faktlarla diqqətə çatırılıb. Müharibə nəticəsində minlərlə müəllimin iş yerlərindən, on minlərlə şagirdin keyfiyyətli təhsil imkanlarından məhrum olduğu vurgulanıb. Eyni zamanda həmin ərazilərdə 4.6 milyon kitab fondu olan 927 kitabxananın məhv edildiyi və kitabxana fondlarının tamamilə yandırıldığı bildirilib.

İşğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işləri, eyni zamanda həmin bölgədə təhsilin bərpası və inkşaf etdirilməsi ilə bağlı dövlətimiz tərəfindən bütün işlərin planlaşdırıldığı, artıq quruculuq işlərinə başlanıldığı barədə danışılıb. Məruzədə azad edilmiş ərazilərdə təhsilin bərpası və inkişafı ilə bağlı bir sıra təkliflər də irəli sürülüb, təhsil sahəsində quruculuq işlərində qardaş Türkiyənin təcrübəsindən yararlanmağın yaxşı nəticələr verə biləcəyi qeyd edilib.

Məruzə ilə bağlı çıxış edən Fatih Sultan Mehmet Universitetinin əməkdaşları Azərbaycanın işğaldan azad edilmiş ərazilərində təhsilin qurulmasına verə biləcəkləri dəstək və töhfə haqqında fikirlərini bölüşüblər.

 

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024