BDU-nun dosenti “Jurnalistika münaqişələr və böhranlar zamanı - beynəlxalq təcrübə mübadiləsi” adlı seminarda iştirak edib

15/11/2017

BDU-nun Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika kafedrasının dosenti Təranə Mahmudova Almaniyanın Xarici İşlər Nazirliyinin dəstəyi ilə təşkil edilən “Jurnalistika münaqişələr və böhranlar zamanı - beynəlxalq təcrübə mübadiləsi” adlı seminarda iştirak edib. 7 ölkədən 15 iştirakçının seçilərək dəvət olunduğu seminar iki mərhələli olub. Birinci hissə Sarayevo (Bosniya-Herseqovina), ikinci – yekun hissə isə Berlin şəhərlərində (Almaniya) keçirilib. Seminar iştirakçıları Bosniya-Herseqovinanın və Almaniyanın müxtəlif media qurumlarında olub, məsul şəxslərlə görüşüblər.
Bosniya-Herseqovinanın paytaxtı Sarayevo şəhərində baş tutan seminarın ilk günlərində iştirakçılara bu ölkənin media sistemi haqqında mühazirələr oxunub, həmçinin 1992-1995-ci illərdə keçmiş Yuqoslaviyanın respublikaları arasında olmuş müharibə zamanı fəaliyyəti haqqında geniş məlumat verilib.İştirakçılar həm də müharibə zamanı informasiya təminatında, ümumiyyətlə, Bosniya-Herseqovinanın ictimai-siyasi həyatında xüsusi rol oynamış “Oslobodenye” qəzetinin redaksiyasında olub, baş redaktorla görüşüb, ölkənin ictimai və dövlət televiziya-radio şirkətlərində görüşlər keçirərək müharibə illərində jurnalistlərin fəaliyyəti və informasiya təminatı haqqında müzakirələr aparıblar. Seminar günlərindən biri 8 mindən çox dinc insanın xüsusi amansızlıqla qətlə yetirildiyi Srebrennitsa şəhərinə səfərə həsr olunub.
Seminarın ikinci hissəsi isə Almaniyanın paytaxtı Berlin şəhərində keçirilib. Seminar ölkənin media sistemi haqqında mühazirələrlə başlanıb. Bu məqsədlə RBB televiziya və radio şirkətinə, “Die Welt” qəzetinin redaksiyasına işgüzar tur təşkil edilib, bu qurumların fəaliyyəti haqqında iştirakçılara geniş məlumat verilib, onların sualları cavablandırılıb. İştirakçılara həm də soyuq müharibə dövrünün rəmzlərindən biri kimi tanınan Berlin divarı barədə məlumat verilib. Sonrakı günlər müharibə, silahlı toqquşmalar və böhranlar haqqında yazmaq, bu sahədə informasiyanın əldə edilməsi və qorunması qaydaları üzrə faydalı təlimatların təqdimatına həsr edilib.
Seminarın son iki günü isə iştirakçıların tədbirdən qazanılmış biliklərin tətbiqi olaraq yazdıqları və ya hazırladıqları yazıların, posterlərin, video materialların təqdimatına və onların təhlilinə ayrılıb.

Mətbuat və informasiya şöbəsi, 15 noyabr 2017-ci il.

Xəbərlər

IDEA və BDU-nun birgə təşkilatçılığı ilə Sumqayıt çimərliyinin sahil zolağında təmizlik aksiyası keçirilib

IDEA və BDU-nun birgə təşkilatçılığı ilə Sumqayıt çimərliyinin sahil zolağında təmizlik aksiyası keçirilib
30/09/2023

BDU-da elmi seminar: "XVI-XVIII əsrin birinci yarısında Azərbaycanın İrəvan vilayətində demoqrafik durum"

BDU-da elmi seminar: "XVI-XVIII əsrin birinci yarısında Azərbaycanın İrəvan vilayətində demoqrafik durum"
29/09/2023

BDU-nun Kimya fakültəsində qazilərlə görüş

BDU-nun Kimya fakültəsində qazilərlə görüş
29/09/2023