BDU-nun dosenti Londonda beynəlxalq konfransda çıxış edib

06/12/2018

Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin Hesablama riyaziyyatı kafedrasının dosenti Mehriban İmanova Londonda keçirilən beynəlxalq konfransda iştirak edib. Dosent Mehriban İmanova dünyanın bir sıra qabaqcıl təhsil müəssisələrinin tanınmış alimlərinin iştirak etdiyi konfransda çıxış edib. O, konfrans rəhbərliyi tərəfindən 2019-cu ilin avqust ayında Kembric Universitetində keçiriləcək hesablama riyaziyyatı üzrə konfransda iştirak üçün xüsusi dəvət alıb.

Qeyd edək ki, dosent Mehriban İmanova 2018-ci ilin fevralında Kembric Universitetinin keçirdiyi konfransdakı çıxışından sonra Sinqapurun Nanyan Universitetinin keçirdiyi konfransa plenar iclasın çıxışçısı kimi dəvət olunmuşdu. O, həmçinin Rodos (Yunanıstan), Vyena (Avstriya) və bu kimi elmi mərkəzlərdə Azərbaycan riyaziyyat elmini uğurla təmsil edib.

Qeyd edək ki, dosent Mehriban İmanovanın elmi məsləhətçiləri respublikamızda hesablama riyaziyyatının banisi, AMEA-nın müxbir üzvü Yəhya Məmmədov məktəbinin davamçıları, bir çox beynəlxalq konfransların təşkilat komitələrinin üzvü və plenar iclasların çıxışçıları olmuş professorlar Qalina Mehdiyeva və Vaqif İbrahimovdur.

 

Mətbuat və informasiya şöbəsi, 06 dekabr 2018-ci il.

Xəbərlər

BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək

BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək
02/10/2026

BDU-da elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması üzrə təlim

BDU-da elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması üzrə təlim
02/10/2026

BDU EIFL-in Baş Assambleyasında təmsil olunub

BDU EIFL-in Baş Assambleyasında təmsil olunub
02/10/2026