BDU-nun dosenti Malayziyada “İlham Əliyev” kitabının malay dilində nəşrinin təqdimat mərasimində iştirak edib

05/05/2018

Malayziya Milli Kitabxanasında Azərbaycanın bu ölkədəki səfirliyinin təşkilatçılığı ilə millət vəkili, yazıçı-dramaturq Hüseynbala Mirələmovun və Viktor Andriyanovun həmmüəllifləri olduqları “Görkəmli adamların həyatı. Bioqrafiya davam edir” silsiləsindən “İlham Əliyev” kitabının malay dilində nəşrinin təqdimat mərasimi keçirilib. Mərasimdə Bakı Dövlət Universitetini Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Dünya iqtisadiyyatı kafedrasının dosenti Ümmühəbibə Qələndərova təmsil edib.

Ölkəmizin fəal ziyalı qadınlarından ibarət nümayəndə heyətinin iştirak etdiyi tədbirdə çıxış edən Azərbaycan-Malayziya parlamentlərarası işçi qrupunun üzvü Qənirə Paşayeva müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində belə bir mühüm tədbirin təşkilinə görə Malayziya Milli Kitabxanasına və Azərbaycanın Malayziyadakı səfirliyinə minnətdarlığını bildirib.

Mətbuat və informasiya şöbəsi, 05 may 2018-ci il

Xəbərlər

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib
13/10/2026

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb
13/10/2026

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”
12/10/2026