BDU-nun dosenti Məti Bayramlı Qazaxıstan Prezidenti tərəfindən təltif edilib

30/06/2026

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Bakı Dövlət Universitetinin (BDU) Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti, ədəbiyyatşünas alim Məti Bayramlıya təşəkkürnamə məktubu göndərib. Məktubu və qızıl xatirə nişanını Qazaxıstan Respublikasının Prezidentinin müşaviri Malik Otarbayev təqdim edib.

Məktubda BDU-nun dosenti Məti Bayramlının uzun illər ədəbiyyatşünaslığın aktual məsələlərini dərindən araşdıran görkəmli alim kimi tanındığı vurğulanıb. Qazaxıstan Respublikasının Prezidenti Məti Bayramlının Azərbaycan və türk xalqlarının bədii söz sənətinin varisliyini hərtərəfli təhlil edərək qazax şair və yazıçılarının yaradıcılığının təbliğ olunmasına mühüm töhfələr verdiyini qeyd edib: “Qardaş ölkələrin mənəvi və mədəni əlaqələrinin möhkəmləndirilməsi yolundakı səmərəli əməyinizə görə təşəkkürümü bildirirəm”.

Xəbərlər

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib
13/10/2026

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb
13/10/2026

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”
12/10/2026