BDU-nun dosenti Novruzə Adilova vəfat edib

10/12/2024

Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Dünya iqtisadiyyatı kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru Novruzə Adilova vəfat edib.

Novruzə Adilova 1959-cu il martın 20-də Ağdaş rayonunda anadan olub. O, Xalq Təsərrüfatı İnstitutunun Xalq təsərrüfatının iqtisadiyyatı və planlaşdırılması fakültəsini bitirib, 1988-1991-ci illərdə AMEA-nın İqtisadiyyat İnstitutunun aspiranturasında təhsil alıb.

2014-cü ildə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi alan Novruzə Adilova 2017-ci ildən BDU-nun Dünya iqtisadiyyatı kafedrasında baş müəllim kimi fəaliyyət göstərib. O, sahibkarlıq fəaliyyəti, kiçik və orta müəssisələrin stimullaşdırıcı amilləri sahəsində tədqiqatlar aparıb, “Beynəlxalq valyuta-kredit münasibətləri”, “Beynəlxalq investisiyalar” və “Azərbaycanın xarici iqtisadi əlaqələri” fənlərini tədris edib.

BDU rəhbərliyi və kollektivi dosent Novruzə Adilovanın vəfatından kədərləndiyini bildirir, ailəsinə dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

Xəbərlər

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib
23/10/2026

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim
23/10/2026

BDU-da “PEŞƏkar söhbətlər” layihəsinə start verilir

BDU-da “PEŞƏkar söhbətlər” layihəsinə start verilir
23/10/2026