BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsində Tələbə Elmi Cəmiyyətinin elmi seminarı

18/03/2022

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsində Tələbə Elmi Cəmiyyətinin növbəti elmi seminarı keçirilib.  

Seminarda fakültənin II kurs tələbəsi Banu Hüseynova “İqlim dəyişmələrinin Azərbaycanda ətraf mühitə təsiri” mövzusunda təqdimatla çıxış edib.  

Məruzəçi qeyd edib ki, qlobal iqlim dəyişikliyi Azərbaycana da öz mənfi təsirini göstərir. 100 ildə Azərbaycan ərazisində orta illik temperatur 0,4-1,3 C-yə qədər artıb. Temperatur artımı regionlardan asılı olaraq qeyri-bərabər paylanılıb.

Sonra fakültənin II kurs tələbəsi Leyla İmaməliyeva “Bitkilərin qidalanmasında ayrı-ayrı elementlərin rolu” adlı məruzə ilə çıxış edib. O, makro və mikroelementlərin bitkilərin qidalanmasındakı rolundan bəhs edib. Məruzəçi kimyəvi elementlərin kənd təsərrüfatındakı mədəni bitkilərin məhsuldarlığının artmasına və keyfiyyətinə təsirinin müəyyənləşdirilməsinin forma və metodlarını təqdim edib.  

Məruzədə həmçinin kənd təsərrüfatı bitkilərinin inkişafında, onlardan keyfiyyətli məhsul əldə edilməsində iştirak edən ayrı-ayrı qida elementlərinin rolu haqqında danışılıb, həmin elementlərdən hər hansı birinin izafiliyi və ya çatışmazlığı nəticəsində baş verən mənfi fəsadlara diqqət çəkilib.

Ekologiya və torpaqşünaslıq fakültəsinin III kurs tələbəsi Fidan Vəliyeva isə “Azərbaycanın  su resusları və müasir su qoruyucu sistemlərin tətbiqi problemləri” mövzusunda təqdimat edib. Məruzəçi Azərbaycanın şirin su resursları ilə kifayət qədər təmin olunduğunu, lakin səmərəsiz istifadə səbəbindən regionlarda, xüsusən də kənd təsərrüfatında su qıtlığının yarandığını bildirib və vəziyyətdən çıxış yollarını göstərmək üçün suvarma texnologiyaları üzrə müqayisəli təhlil aparıb. O, suvarmada alternativ enerji mənbələrindən istifadənin xüsusiyyətlərini açıqlayıb.

Çıxışlardan sonra mövzular ətrafında diskussiya aparılıb.

Xəbərlər

BDU Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə beynəlxalq konfrans keçirəcək

BDU Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə beynəlxalq konfrans keçirəcək
14/05/2026

“Azərbaycan Respublikasının enerji təhlükəsizliyi siyasəti: ənənəvi enerjidən “yaşıl enerji"yə keçid”

“Azərbaycan Respublikasının enerji təhlükəsizliyi siyasəti: ənənəvi enerjidən “yaşıl enerji"yə keçid”
14/05/2026

BDU-da “Elmi tədqiqatların dayanıqlı inkişafa töhfəsi” mövzusunda təlim keçirilib

BDU-da “Elmi tədqiqatların dayanıqlı inkişafa töhfəsi” mövzusunda təlim keçirilib
14/05/2026