BDU-nun Ekoloji kimya kafedrası Oxçuçayın çirklənmə göstəricilərini araşdırıb

16/12/2022

Ermənistan tərəfindən işğal dövründə torpaqlarımız ekoloji terrora məruz qalıb. Düşmənin törətdiyi ekoloji problemlər işğaldan azad olunan Qarabağda öz fəsadlarını bu gün də göstərir. Ermənilərin ekoloji terrorizmi və ekoloji vandalizmi nəticəsində hazırda Oxçuçay, Bəsitçay və Bərgüşadçay üzvi və qeyri-üzvi maddələrlə çirklənməyə məruz qalıb.

Bu fikirləri Bakı Dövlət Universitetinin Ekologiya və Torpaqşünaslıq fakültəsinin Ekoloji kimya kafedrasının müdiri professor Sevinc Hacıyeva deyib. S.Hacıyeva bildirib ki, beynəlxalq sənədlərə məhəl qoymayan düşmən öz çirkin əməllərindən əl çəkmir.

“Arazı ən çox çirkləndirən çaylardan biri Oxçuçaydır. BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin Ekoloji kimya kafedrası artıq iki ilə yaxındır ki, Qarabağ bölgəsinin ekoloji, kimyəvi tədqiqi mövzusu üzrə geniş araşdırma aparır. Eyni zamanda, kafedra Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Azərbaycan Elm Fondunun “Qarabağ-Azərbaycandır!” müsabiqəsində “Qarabağ ərazisində çayların çirklənmə səviyyəsinin tədqiqi və aradan qaldırılma yollarının işlənilməsi” mövzusu üzrə qrant layihəsi ilə qalib olub. Layihə çərçivəsində Zəngilan şəhəri, Sarıqışlaq kəndi ərazilərindən (Oxçuçayın müvafiq olaraq yuxarı, aşağı və orta axını) nümunələr götürülüb, çirklənmə göstəriciləri araşdırılıb”, - deyə alim bildirib.

Qeyd edilib ki, ilkin olaraq götürülən su nümunələrinin fiziki-kimyəvi parametrləri araşdırılıb. Ekoloji qiymətləndirmədə mühüm faktor hesab edilən ağır metalların miqdarı təyin edilib. Onlardan mis, molebden, qurğuşun, manqan, kobalt yol verilən qatılıq həddindən dəfələrlə artıq çıxıb.

Su nümunələri üzərində aparılan analizlərə görə, Oxçuçayda codluq Zəngilan rayonu Cahangirbəyli kəndində 2,2 dəfə, Tağlı kəndində 2,5 dəfə, Bürünlü kəndində 3,1 dəfə, sulfat ionu Tağlı kəndində 1,1 dəfə, Bürünlü kəndində 1,2 dəfə, dəmir Cahangirbəyli kəndində 2,8 dəfə, Tağlı kəndində 3,4 dəfə, Bürünlü kəndində 4,2 dəfə, molibden Tağlı kəndində 1,1 dəfə, Bürünlü kəndində 1,3 dəfə, manqan Cahangirbəyli kəndində 2,1 dəfə, Tağlı kəndində 3,2 dəfə yol verilən qatılıq həddindən yüksəkdir.

Ermənilərin törətdikləri bütün bu ekoloji terrorizm, demək olar ki, təkcə bizim respublikamız üçün deyil, digər ölkələr üçün də böyük ekoloji problemlər yaradır. Ona görə də bu problemin həlli zamanın tələbidir və onun aradan qaldırılması bu gün çox ciddi məsələlərdən biridir.

https://azertag.az/xeber/Oxchuchayin_chirklenme_gostericileri_arasdirilib-2412557

Xəbərlər

BDU-nun 4 tələbəsi Prezident təqaüdünə layiq görülüb

BDU-nun 4 tələbəsi Prezident təqaüdünə layiq görülüb
10/10/2024

2024–2025-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam

2024–2025-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam
05/10/2024

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində BDU-nun təşkilatçılığı ilə elmi konfrans keçirilir

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində BDU-nun təşkilatçılığı ilə elmi konfrans keçirilir
04/10/2024