BDU-nun elmi işçisi İtaliyanın Milli Nüvə Fizikası İnstitutunun konfransında polimer nanohissəciklərə dair məruzə edib

05/06/2023

Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının elmi işçisi Aynurə Kərimova İtaliyanın Roma şəhərində keçirilən “Nanoscience and Nanotechnology 2023” konfransında “Polimer nanohissəciklər – çatdırılma sistemlərində alət kimi” (“Polymeric Nanoparticles – Tool in a Delivery Systems”) mövzusunda məruzə ilə iştirak edib.

Tədqiqat işində dərmanların çatdırılması üçün polimer nanohissəciklərin xüsusiyyətlərinin qısa icmalı təsvir edilib. Məruzədə nanodaşıyıcıların müxtəlif dərman maddələrinin çatdırılması üçün çoxməqsədli platforma olması barədə məlumat verilib. Bununla yanaşı, nanohissəcik əsaslı dərman çatdırılması ilə bağlı imkanlar və çətinliklər də müzakirə olunub.

Xəbərlər

BDU-da geodinamik proseslərin şəhərsalmaya təsiri tədqiq olunur

BDU-da geodinamik proseslərin şəhərsalmaya təsiri tədqiq olunur
17/04/2026

BDU-da ustad dərsi: “Peyk məlumatlarının şəhərsalma və kadastr işində tətbiqi”

BDU-da ustad dərsi: “Peyk məlumatlarının şəhərsalma və kadastr işində tətbiqi”
17/04/2026

Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin tələbələri BDU-nun Tarix fakültəsində

Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin tələbələri BDU-nun Tarix fakültəsində
17/04/2026