BDU-nun Elmi Kitabxanası Azərbaycan Universitetində təlim-seminar keçirib

15/12/2023

Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasının təşkilatçılığı ilə Azərbaycan Universitetində professor-müəllim heyəti, magistr və tədqiqatçılar üçün Azərbaycan Kitabxana İnformasiya Konsorsiumunun (Az.KİK) yaranmasının 20 illiyinə həsr olunmuş “EBSCOHost platformasında interaktiv axtarış və EIFL.net konsorsiumunun xidmətləri” mövzusunda təlim-seminar keçirilib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Universiteti Elmi Kitabxanasının müdiri Nailə Nağıyeva belə tədbirlərin keçirilməsinin önəmindən bəhs edərək təlimçiləri qonaqlara təqdim edib. O bildirib ki, Azərbaycan Universiteti Azərbaycan Kitabxana İnformasiya Konsorsiumunun (Az.KİK) və eləcə də beynəlxalq “EİFL.net” Konsorsiumunun (“Electronic İnformation for Libraries”) üzvüdür. Az.KİK EİFL.net Konsorsiumu ilə əməkdaşlıq çərçivəsində üzv təşkilatların tədris və elm sahələrinə uyğun ədəbiyyatla təmin olunmasını, müvafiq kitabxanalarda rəqəmsal arxivlərin yaradılmasını təşkil edir, abunə müddətində onlara 8516-sı resenziyalı olmaqla 11000-dən çox jurnalın yerləşdiyi verilənlər bazasından, 2700-dən artıq kitab və broşür, 510 adda qəzet və s. mənbələrdən elektron formada istifadə imkanı təqdim edir.

BDU-nun Elmi Kitabxanasının direktoru Nigar İsmayılova Az.KİK-in akademik kitabxanalarla əməkdaşlığı, kitabxana işi sahəsində nüfuzlu beynəlxalq təşkilat və nəşriyyatlarla ali məktəb kitabxanaları arasında əlaqələrin qurulması barədə danışıb, Azərbaycan Universitetinin də üzv olduğu Az.KİK-in fəaliyyətində təmsil etdiyi qurumun xüsusi rola malik olduğunu bildirib.

Az.KİK-in rəhbəri, EİFL.net və EBSCO-nun Azərbaycan üzrə təmsilçisi, BDU-nun Elmi Kitabxanasının şöbə müdiri Cəmilə Yusifova kitabxana işi sahəsində dünyanın iki aparıcı təşkilatından biri olan beynəlxalq konsorsium EİFL.net-in xidmətləri, müxtəlif elm və tədris sahələrini əhatə edən EBSCO platformasında interaktiv axtarış qaydalarını iştirakçılara əyani şəkildə təqdim edib. O, həmçinin akademik bazalardan istifadə qaydaları, məqalə nəşrinə dəstək və nəşr imkanları barədə məlumat verib.

Xəbərlər

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib
12/09/2026

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib
11/09/2026

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub
11/09/2026