BDU-nun Elmi Kitabxanası Sumqayıt Dövlət Universitetinə 140 nüsxə kitab hədiyyə edib

01/11/2022

Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanası Sumqayıt Dövlət Universitetinin (SDU) Elmi Kitabxanasına 140 nüsxə kitab hədiyyə edib. SDU-da tələbələrin daha çox ehtiyac duyduqları ədəbiyyat toplanaraq kitabxanaya bağışlanıb. Hədiyyə olunan kitablar arasında Azərbaycanın görkəmli yazıçısı, ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin həmmüəllifi olduğu “Ədəbiyyatşünaslığın əsasları”, görkəmli dilçi alim, türkoloq Afad Qurbanovun müəllifi olduğu 2 cildlik ”Ümumi dilçilik” kimi dərsliklər xüsusi yer alıb. “Multikulturalizmə giriş”, “Onurğasızlar zoologiyası” və “Üzvi kimya” kimi dərsliklər də SDU-ya hədiyyə olunub. Hədiyyə olunan bu kitablar SDU-nun Elmi Kitabxanasının fondunun zənginləşməsində, oxucularının tədris ədəbiyyatına olan tələbatının ödənilməsində mühüm rol oynayacaq.

BDU-nun Elmi Kitabxanası bundan öncə Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecin kitabxanasına 153 adda 500 nüsxədən çox kitab hədiyyə edib.

Xəbərlər

Sentyabrın 25-də BDU-da ilk dərslər Anım Gününə həsr olunub

Sentyabrın 25-də BDU-da ilk dərslər Anım Gününə həsr olunub
25/09/2026

BDU-da Anım Günü qeyd olunub

BDU-da Anım Günü qeyd olunub
25/09/2026

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib
24/09/2026