BDU-nun Elmi Kitabxanasında növbəti onlayn təlim

25/02/2022

Mikro Məlumatların İdarə Edilməsi və Paylanması (Micro Information Handling and Distribution FZE) şirkəti fevralın 1-dən bir ay sınaq müddətində Bakı Dövlət Universitetinin professor-müəllim heyəti, gənc tədqiqatçıları və Elmi Kitabxananın oxucularına IEEE Xplore Rəqəmsal Kitabxanasının resurslarından ödənişsiz istifadə imkanı təqdim edib. Bu müddət ərzində şirkət “IEEE Xplore beynəlxalq verilənlər bazasının elm və tədris mənbələri: inkişaf üçün yeni imkanlar və axtarışlar” və “IEEE ilə necə nəşr etməli” mövzularında iki onlayn təlim-seminar keçirib.

Təlimlərdə IEEE Xplore platformasının funksionallığı və alətləri üzrə praktiki məsləhətlər verilib, məqalələrin hazırlanmasında ən yaxşı təcrübələr paylaşılıb, IEEE jurnallarına məqalənin təqdim edilməsi prosesi üzrə naviqasiya edilib.

Həmçinin, açıq girişi olan (open access) jurnallarda nəşr seçimi, multidissiplinar açıq jurnallar, istinad edilən hibrid nəşrlər haqqında məlumat verilib, IEEE-də məqalə nəşri üçün vacib şərtlər açıqlanıb.

Təqdimat xarakterli təlimin sonunda iştirakçıların sualları cavablandırılıb və hər bir iştirakçıya sertifikat veriləcəyi bildirilib.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Bootid meteor yağışı olacaq”

BDU-nun Astrofizika kafedrası: “Bootid meteor yağışı olacaq”
08/06/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyi 2026/2027-ci tədris ili üçün 7-ci sinfə şagird qəbulu elan edir

BDU-nun nəzdində “Gənc istedadlar” liseyi 2026/2027-ci tədris ili üçün 7-ci sinfə şagird qəbulu elan edir
08/06/2026

VI Azərbaycan Astronomiya Olimpiadasının nəticələri açıqlanıb

VI Azərbaycan Astronomiya Olimpiadasının nəticələri açıqlanıb
06/06/2026