BDU-nun Enactus komandası mükafatlandırılıb

10/09/2020

Azərbaycan Respublikasının Gənclər Fondu və BP şirkətinin təşkilatçılığı ilə keçirilən “2020-ci il Enactus Azərbaycan Virtual Milli Yarışı”nın qalibləri - dünya kuboku uğrunda yarışan gənc sahibkarların mükafatlandırılması mərasimi baş tutub. Mükafatlandırma mərasimində Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini Nadir Aydınov, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin şöbə müdiri Rəşad Əzizov iştirak edib. Rəsmilər yarışmada birinci yeri qazanan Bakı Dövlət Universitetinin (BDU) komandasının üzvlərinə və kapitan Rüstəm Həsənliyə kubok, sertifikatlar, eləcə də hədiyyələr təqdim ediblər.

Xatırladaq ki, BDU-nun Enactus komandası yarışda - EcoPrint, PlasKet və Yoldaş layihələri ilə çıxış edərək ən yüksək nəticə ilə qələbə qazanıblar. Yarışda  respublikamızın 14 ali məktəbinin 700-dən çox tələbəsi, 20 fakültə məsləhətçisi iştirak edib. İlk yeri tutan BDU-nun Enactus komandası cari ilin sentyabr ayında virtual şəkildə keçiriləcək “Enactus Dünya Kuboku 2020”də ölkəmizi təmsil edəcək.

1975-ci ildə ABŞ-da təsis edilən “Enactus” proqramı indiyədək 72 mindən artıq iştirakçını əhatə edib və hər il 1,3 milyon insanın həyatını müsbət istiqamətdə dəyişir. Əsas məqsədi gəncləri sahibkarlıq fəaliyyətinə cəlb etmək, onların nəzəri biliklərini təcrübədə tətbiq etmələrinə yardım göstərmək, biznes, təhsil və sosial layihələr həyata keçirmək, xüsusilə də ölkələrdə kiçik və orta sahibkarlığin inkişafına dəstək vermək olan “Enactus” proqramına Azərbaycan 2005-ci ildən qoşulub.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”
12/10/2026

BDU-nun şəhid məzunu Elşən Salayevin məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Elşən Salayevin məzarı ziyarət olunub
12/10/2026

BDU-da “Müəllim-tələbə dialoqu: rəqəmsal alətlər” mövzusunda təlim keçiriləcək

BDU-da “Müəllim-tələbə dialoqu: rəqəmsal alətlər” mövzusunda təlim keçiriləcək
12/10/2026