BDU-nun Erməni Araşdırmaları və Təlim Mərkəzində elmi seminar keçirilib

31/10/2024

Bakı Dövlət Universitetinin (BDU) Erməni Araşdırmaları və Təlim Mərkəzində “Qarabağın ekoloji cəhətdən bərpası və sosial-iqtisadi inkişafı” mövzusunda elmi seminar keçirilib.

BDU-nun Filologiya fakültəsinin Ümumi dilçilik kafedrasının müəllimi Aysel Xəlilli bildirib ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsinin qələbə ilə başa çatması torpaqlarımızın işğaldan azad edilməsi ilə yanaşı, təcavüzkar Ermənistanın ərazilərimizdə apardığı ekoloji terror aktlarına da son qoyub. Ermənistanın ölkəmizə qarşı yürütdüyü təcavüzkar siyasət 30 ilə yaxın müddətdə şəhərlərimizin, kəndlərimizin dağıdılması ilə yanaşı, ekoloji vəziyyətin də bərbad hala salınmasına yol açıb. Həmin bölgələrdəki nadir fauna, floramız erməni vandalları tərəfindən dağıdılıb, qırılıb. Ermənilərin ekoloji terroru regionun ekosistemini, təbiətini və resurslarını məhv edib.

Erməni Araşdırmaları və Təlim Mərkəzinin müdiri İsmayil Tanrıverdi post-müharibə dövrünün reallıqlarına uyğun olaraq Qarabağda aparılan yenidənqurma və böyük qayıdış proqramlarına diqqət çəkib. Qeyd edib ki, bu ərazilərdə “yaşıl enerji” zonaları qurulur, yaşıl iqtisadiyyat inkişaf etdirilir. Bu, ölkəmizdə bərpaolunan enerji mənbələrindən istifadənin prioritet istiqamət kimi müəyyənləşdiyindən xəbər verir.

Seminar tələbələrin mövzu ilə bağlı suallarının cavablandırılması ilə başa çatıb.

 

Xəbərlər

BDU və Maxambet Utemisov adına Qərbi Qazaxıstan Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU və Maxambet Utemisov adına Qərbi Qazaxıstan Universiteti arasında anlaşma memorandumu imzalanıb
18/09/2025

BDU-da tədbir: “Uğur yolu - məzun təcrübəsi”

BDU-da tədbir: “Uğur yolu - məzun təcrübəsi”
18/09/2025

BDU-nun komandası “TEKNOFEST-2025”in final mərhələsində iştirak edir

BDU-nun komandası “TEKNOFEST-2025”in final mərhələsində iştirak edir
18/09/2025