BDU-nun “ESST-6” komandası “TEKNOFEST-2024”də III yeri qazanıb

26/09/2024

Bakı Dövlət Universitetinin (BDU) “ESST-6” komandası “TEKNOFEST-2024” Aerokosmik və Texnologiya Festivalının final mərhələsində III yerə layiq görülüb.

“ESST-6” komandası festivalın finalında “Aqrar texnologiyalar” kateqoriyasında “E-tarım sulama” layihəsi ilə təmsil olunub. Layihə kiçik miqdarda maliyyə sərf etməklə yüksəkkeyfiyyətli ağıllı suvarma texnologiyasının yaradılmasına yönəlib. Bu sistem bitkilərə yalnız ehtiyac duyduqları qədər su verərək su israfını minimuma endirir və su istifadəsini daha səmərəli idarə edir. Layihənin əsas məqsədi suvarma proseslərini daha effektiv və sürətli, kənd təsərrüfatı sahəsində çalışanları daha yüksək məhsuldarlıqla təmin etməkdir.


Qeyd edək ki, “TEKNOFEST-2024”ün finalında 1270 komanda, 6514 finalçı yarışıb.


“TEKNOFEST-2024” qaliblərinin mükafatlanma mərasimi 2-6 oktyabr tarixlərində Adana Şakitpaşa hava limanında keçiriləcək.


Qalib komandamızı təbrik edir, daha böyük uğurlar arzulayırıq!

 

 

 

Xəbərlər

BDU-nun müəllimi Maqsud Babayev vəfat edib

BDU-nun müəllimi Maqsud Babayev vəfat edib
19/10/2026

BDU-nun şəhid məzunu Ataməli Musaoğlunun məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Ataməli Musaoğlunun məzarı ziyarət olunub
19/10/2026

BDU tələbələri üçün Bakı Zooloji Parkında innovativ dərslər

BDU tələbələri üçün Bakı Zooloji Parkında innovativ dərslər
19/10/2026