BDU-nun Filologiya fakültəsi Tələbə Elmi Birliyi “F.Kafkanın “Çevrilmə”si bədii təhlil müstəvisində” mövzusunda elmi seminar keçirib

19/12/2018

BDU-nun Filologiya fakültəsində Tələbə Elmi Birliyinin təşkilatçılığı ilə “F.Kafkanın “Çevrilmə”si bədii təhlil müstəvisində” mövzusunda elmi seminar keçirilib. Seminarda BDU-nun  Azərbaycan dilçiliyi kafedrasının dosenti Fikrət Əlizadə, “Türkoloji araşdırmalar” ETL-in əməkdaşları, SABAH Mərkəzinin müəllimləri,  gənc tədqiqatçılar və tələbələr iştirak edib. Tələbə elmi seminarının rəhbəri, Azərbaycan ədəbiyyatı tarixi kafedrasının  II kurs magistrantı Aygün Əliyeva tədbiri açıq elan edərək, iştirakçıları seminarın mövzusu və məruzəçi haqqında məlumatlandırıb.

Mövzu üzrə məruzə edən BDU-nun Filologiya fakültəsi SABAH qruplarının III kurs tələbəsi Elnarə Talıbova Frans Kafkanın həyat və yaradıcılığı haqqında məlumat verdikdən sonra yazıçının “Çevrilmə” əsərini elmi-nəzəri baxımdan təhlil edib. O, “Çevrilmə”nin ideya-bədii xüsusiyyətlərindən danışıb, əsərin məzmununu F.Kafkanın həyatı ilə əlaqəli təhlil edib və əsərlə bağlı ədəbiyyatşünasların fikirlərinə toxunub.

Seminarda dosent Fikrət Əlizadə, SABAH Mərkəzinin müəllimləri - fil.ü.f.d. Aynur Nəcəfova və İlahə Quliyeva, “Türkoloji araşdırmalar” ETL-in kiçik elmi işçiləri Pərvin Eyvazov, Anar Fərəcov, Ramil Bayramov çıxış edərək, mövzu ilə bağlı fikirlərini bölüşüb, belə seminarların keçirilməsini, tələbələrin elmi fəaliyyətdəki aktivliyini yüksək qiymətləndiriblər.

Sonra mövzu üzrə opponentlər - Türkologiya kafedrasının I kurs magistrantı Arzu  Novruzova, Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının I kurs magistrantı Aytən Əkbərli və  II kurs bakalavriat İlkanə Məmmədova tədqiqat işinin əhəmiyyətindən danışıb, məruzə ilə bağlı irad və təkliflərini səsləndiriblər.

Daha sonra Elnarə Talıbova iştirakçıların suallarını cavablandırıb. Məruzə ətrafında fikir mübadiləsi aparılıb, mübahisəli məsələlərə münasibət bildirilib.

Sonda Tələbə Elmi Birliyinin təşkilatçılığı ilə 2018-ci il ərzində keçirilən elmi seminarlarda məruzə edənlər - Həvva Zamirli, Aygün Əliyeva, Günay İsmayılova, Aynur Mustafayeva, Elnarə Talıbova və Orxan Həsənzadə sertifikatla təltif olunub.

Mətbuat və informasiya şöbəsi, 19 dekabr 2018-ci il.

Xəbərlər

Bakı Dövlət Universiteti Silahlı Qüvvələrə Yardım Fonduna ümumilikdə 473 656 manat vəsait köçürüb

Bakı Dövlət Universiteti Silahlı Qüvvələrə Yardım  Fonduna ümumilikdə 473 656 manat vəsait köçürüb
21/10/2020

Bütün yollar məbədə aparır...

Bütün yollar məbədə aparır...
21/10/2020

BDU aliminin məqalələri nüfuzlu jurnallarda dərc olunub

BDU aliminin məqalələri nüfuzlu jurnallarda dərc olunub
21/10/2020