BDU-nun Filologiya fakültəsində ustad dərslərinə start verilib

02/04/2019

Bakı Dövlət Universitetinin Filologiya fakültəsində Tələbə Elmi Birliyinin təşkilatçılığı ilə Universitetin 100 illik yubileyinə həsr olunmuş “BDU-da Türkoloji araşdırmalar (dilçilik məsələləri)” adlı ilk ustad dərsi baş tutub. Türkologiya kafedrasının professoru Məmmədli Qıpçağın apardığı ustad dərsində müəllimlər, gənc tədqiqatçılar və tələbələr iştirak ediblər.

Tələbə elmi seminarının rəhbəri, Ümumi dilçilik kafedrasının I kurs magistrantı Qismət Cəfərov tədbiri açdıqdan sonra söz professor M.Qıpçağa verilib. Dilçi alim ustad dərsi boyunca BDU-da türkologiyanın aktual məsələlərinin öyrənilməsindən, türkoloji dilçiliyin əsas problemlərindən söz açıb, türk dillərinin qrammatik quruluşu və bununla bağlı elmdə hələ də mübahisə doğuran məqamlar haqqında məlumat verib.

Sonda M.Qıpçaq auditoriyanın suallarını cavablandırıb. Görüşdə mövzu ətrafında fikir mübadiləsi aparılıb, mübahisəli məsələlərə aydınlıq gətirilib.

Mətbuat və informasiya şöbəsi, 02 aprel 2019-cu il.

Xəbərlər

BDU-da şəhərsalma və memarlıq irsinin kitabxana-informasiya təminatı tədqiq olunur

BDU-da şəhərsalma və memarlıq irsinin kitabxana-informasiya təminatı tədqiq olunur
22/10/2026

BDU XII Bakı Beynəlxalq Kitab Sərgisində: “Klassik ədəbiyyat və türkologiya” mövzusunda tədbir

BDU XII Bakı Beynəlxalq Kitab Sərgisində: “Klassik ədəbiyyat və türkologiya” mövzusunda tədbir
22/10/2026

BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq

BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq
22/10/2026