BDU-nun Filologiya fakültəsində Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş Respublika elmi konfransı keçirilib

14/05/2019

Bakı Dövlət Universitetinin Filologiya fakültəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Azərbaycan filologiyasının aktual problemləri” mövzusunda Respublika elmi konfransı keçirilib. Konfransa respublikamızın 11 ali təhsil müəssisəsindən (BDU, ADPU, BSU, AzTU, ATU, ADU, GDU, OYU, ADİU,BMU, AKU) ümumilikdə 91 nəfər qatılıb. Gənc tədqiqatçıların fəallığı ilə diqqət çəkən tədbirdə 31 tələbə və magistrant  müxtəlif məruzələrlə çıxış edib.

Plenar iclası açıq elan edən BDU-nun Elm və innovasiyalar üzrə prorektoru Aydın Kazımzadə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi, Azərbaycan xalqının firavan yaşaması üçün gördüyü işlərdən danışıb və konfransın işinə uğurlar arzulayıb.

Plenar iclasda Azərbaycan Tibb Universitetinin dosenti Nağdəli Zamanovun “Heydər Əliyevin nitqində əsas nitq hissələrinin üslubi xüsusiyyətləri”  mövzusunda məruzəsi maraqla dinlənilib.

Konfrans öz işini  “Ədəbiyyatşünaslığın müasir problemləri” və “Dilçiliyin müasir problemləri” bölmələrində davam etdirib.

Mətbuat və informasiya şöbəsi, 14 may 2019-cu il.

Xəbərlər

BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin 70-dən çox məzunu dünyanın nüfuzlu universitetlərinə qəbul olub

BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin 70-dən çox məzunu dünyanın nüfuzlu universitetlərinə qəbul olub
04/07/2025

BDU rektoru T3 Fondunun Azərbaycan təmsilçisi və “Bilim Bakı”nın direktoru ilə görüşüb

BDU rektoru T3 Fondunun Azərbaycan təmsilçisi və “Bilim Bakı”nın direktoru ilə görüşüb
04/07/2025

BDU-da “Code8 Hackathon” keçirilib

BDU-da “Code8 Hackathon” keçirilib
03/07/2025