BDU-nun Filologiya fakültəsində “Sirli “Voyniç” əlyazmasında türkcə sözlər” adlı elmi seminar keçirilib

07/12/2021

Bakı Dövlət Universitetinin Filologiya fakültəsində “Sirli “Voyniç” əlyazmasında türkcə sözlər” adlı elmi seminar keçirilib. Kanadada yaşayan türk tədqiqatçı Ahmet Ardıçın iştirakı ilə təşkil edilən seminarda fakültənin professor-müəllim heyəti, gənc tədqiqatçılar və tələbələr iştirak edib.

Tədbiri giriş sözü ilə açan Filologiya fakültəsinin elmi işlər üzrə dekan müavini Mehriban Əlizadə məruzəçinin fəaliyyəti və seminarın mövzusunun əhəmiyyəti haqqında məlumat verib. Bildirib ki, əslən Türkiyədən olan Ahmet Ardıç hazırda Kanadada yaşayır və ixtisasca energetika mühəndisi olmasına baxmayaraq, müstəqil tədqiqatçı kimi türkologiya sahəsində mühüm araşdırmaları ilə, o cümlədən “Sirli “Voyniç” əlyazması haqqındakı tədqiqləri ilə tanınır.

“Sirli “Voyniç” əlyazmasında türkcə sözlər” adlı məruzə ilə çıxış edən Ahmet Ardıç XV əsrdə naməlum müəllif tərəfindən naməlum dildə və naməlum əlifbanın tətbiqi ilə yazılmış illüstrasiyalı bu kitab haqqında türkoloqların diqqətini çəkəcək mühüm məsələlərə toxunub. Qeyd olunub ki, 270 səhifə həcmində olması ehtimal edilən kitabın hazırda 240 səhifəsi ictimaiyyətə məlumdur. İçərisində müxtəlif kodların əks olunduğu düşünülən kitabdakı şəkillər həyatın müxtəlif sahələrini əhatə edir.

A.Ardıç əlyazmadakı 700-ə qədər sözün, 100-dək cümlənin və 91 təsvirin şifrəsini açmaqla oxumağa nail olub. İştirakçıların diqqətini türkoloji aspektə yönəldən məruzəçi apardığı araşdırma və müşahidələr nəticəsində buradakı sözlərin və cümlələrin transkripsiyasına əsasən əlyazmadakı dil vahidlərinin türk dili ilə üst-üstə düşməsi ilə bağlı fikirlər səsləndirib. Mülahizələrini nümunələrlə əsaslandıran A.Ardıç bildirib ki, kitabdakı sözlərin və cümlələrin transkripsiyası, burada türkcə sözlərin və türk sintaktik qəlibinin işlənməsi aydın şəkildə abidənin türk xalqları ilə bağlılığını nümayiş etdirir.

Sonra mövzu ətrafında çıxışlar edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Türkologiya kafedrasının professoru Elbrus Əzizov, Azərbaycan dilçiliyi kafedrasının dosenti Fikrət Əlizadə müəllifin araşdırmasını təqdir edərək, məruzədə səsləndirilən bir çox fikirlərin türkoloji dilçiliklə uyğunluğunu, tədqiqat istiqamətinin düzgünlüyünü və faktların dilçilər tərəfindən böyük maraqla qarşılanacağını diqqətə çatdırılıb, qonağa uğurlar arzulayıblar.

Xəbərlər

BDU-nun rektoru İzmir Yüksək Texnologiya İnstitutunda müzakirələr aparıb

BDU-nun rektoru İzmir Yüksək Texnologiya İnstitutunda müzakirələr aparıb
19/08/2022

BDU-nun Jurnalistika fakültəsinə tələbə qəbulu aparılır

BDU-nun Jurnalistika fakültəsinə tələbə qəbulu aparılır
19/08/2022

BDU-nun Fizika fakültəsində 3 ixtisas üzrə tələbə qəbulu aparılır

BDU-nun Fizika fakültəsində 3 ixtisas üzrə tələbə qəbulu aparılır
19/08/2022