BDU-nun Filologiya fakültəsində tanınmış yazıçı-jurnalist Varis Yolçuyevlə görüş

25/04/2024

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin “Söz” Yaradıcılıq Birliyinin təşəbbüsü ilə tanınmış yazıçı, Əməkdar jurnalist, Azərbaycan Yazıçılar Birliyinin, Rusiya Yazıçılar İttifaqının, Beynəlxalq Yazıçılar Gildiyasının üzvü Varis Yolçuyevlə görüş keçirilib. Görüşdə fakültənin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Osmanoğlu BDU-nun Filologiya fakültəsinin məzunu olan tanınmış yazıçının ədəbi yaradıcılığı haqqında məlumat verib, xüsusilə onun “Qızıl cib saatı” romanının ədəbi məziyyətlərini yüksək qiymətləndirib.

Sonra “Bestseller yazmağın sirləri” mövzusunda çıxış edən Varis Yolçuyev tələbələrə ədəbi yaradıcılığın metodları, psixoloji və sosioloji məqamları haqqında danışıb, yaradıcılıq zirvəsinə gedən yolda qarşıya çıxan çətinliklərin dəf edilmə yollarından söz açıb, təcrübəsini bölüşüb.

Sonda tələbələrin suallarını cavablandıran yazıçı onlara imzalı kitablarını hədiyyə edib.

Xəbərlər

Həmrəylik, xeyirxahlıq, humanizm bayramı

Həmrəylik, xeyirxahlıq, humanizm bayramı
27/05/2026

XİN-in təşkilatçılığı, BDU və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının əməkdaşlığı ilə “Afrika Günü”nə həsr olunmuş konfrans keçirilib

XİN-in təşkilatçılığı, BDU və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının əməkdaşlığı ilə “Afrika Günü”nə həsr olunmuş konfrans keçirilib
26/05/2026

BDU-nun II kurs tələbələrinin nəzərinə!

BDU-nun II kurs tələbələrinin nəzərinə!
26/05/2026